Narlı, şokoladlı tort - DADINDAN DOYMAYACAQSINIZ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 673
Səs ver:
(səs: 1)
Lazım olanlar:

1 stəkan kərə yağı
2 stəkan rəndələnmiş tünd şokolad
5 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım stəkan üyüdülmüş badam
Yarım stəkan un
1 çimdik duz


Kremi üçün:

150 ml hazır krem
100 qram tünd şokolad (xırda-xırda doğranmış)
1 yemək qaşığı şəkər tozu

Üzəri üçün:

Təzə nar dənələri

Hazırlanması:

Əvvəlcə yuvarlaq keks qəlibinizi duru yağ ilə yüngülcə yağlayın və dibinə yağlı kağız kəsib qoyun.

Sonra kiçik bir qazanda yağı əridin və ocağın altını söndürərək şokoladları onun istisində əridin. Bu zaman həm də onları qaşıqla qarışdırın. Başqa bir qabda yumurtaları şəkər tozu ilə birlikdə qabarana qədər 5-8 dəqiqə çalın. Ona şokoladlı qarışımı əlavə edərək, yavaş şəkildə çalmağa davam edin. Ən sonda un, badam və duzu əlavə edib qarışdırın və hazırladığınız qəlibə tökün. Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada təxminən 40-45 dəqiqə xəfif qabarana qədər bişirin.

Kremin hazırlanması:

Bir qazanda kremi qaynama nöqtəsinə gətirib ocağı söndürün. Şokoladları əlavə edin və əriyənə qədər qaşıqla çalın. Təxminən 15 dəqiqə soyuyub, bir az bərkiməsini gözləyin.

Ən sonda keksinizin üzərinə kremi töküb, bir az soyuducuda saxladıqdan sonra üzəri xəfifi donduğunda nar dənələrini səpin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri