Meyvəli tort

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 901
Səs ver:
(səs: 1)

 

 


Ərzaqlar:
Keks üçün

3 yumurta
1 stəkan süd
yarım stəkan ərinmiş yağ
1 stəkan şəkər tozu
 1 paket qabartma tozu
3 yemək qaşığı kakao
1 paket krem şanti (1,5 də ola bilər)
çiyələk və banan ( zövqə görə )
qəbul edəcəyi qədər un
Hazırlanması:
Yumurta və şəkəri yaxşıca çırpın, südü və yağı əlavə edin. Un, qabartma tozu və kakaonu da əlavə edib yaxşıca çırpın. Qəlibə töküb (qandallı istifadə etdim) 170C də 40-45 dəq bişirin.
Keks bişəndə keksi iki yerə bölüb soyudun. Bir başqa yerdə krem şantini hazırlayın. Meyvələri soyun. Soyuyan keksin alt döşəməsinə meyvələri istədiyiniz şəkildə sərin və üzərini krem şantiylə doldurun. Ən üstünə isə ayırdığınız digər keksi parçalayaraq səpin və əlinizlə yüngülcə basaraq tökülməsinə mane olun. Meyvələri istədiyiniz kimi düzün və soyuq xidmət edin.

Nuş olsun!

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri