Praqa tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 23 635
Səs ver:
(səs: 8)
Tərkibi:
1,5 st. un
2 yumurta
1 st. xama
yarım banka qatılaşdırılmış süd
1/2 ç.q. soda
1 st. şəkər tozu
3 ç.q. kakao

Krem üçün:
100 q kərə yağı
yarım banka qatılaşdırılmış süd
2 ç.q. kakao

Qlazur üçün:
3-4 x.q. xama
3-4 x.q. şəkər tozu
1 ç.q. kakao

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Xamanın içinə soda əlavə edin. Yumurtanın ağını şəkər tozu ilə çalın. Sonra xamanı, yumurta sarısını, kakao və unu əlavə edib yaxşıca qarışdırın.

Siniyə perqament döşəyib onu bitki yağı ilə yağlayın. Xəmiri siniyə töküb soyuq sobaya qoyun. Sonra 180 dərəcə isti ayarlayıb biskviti 30 dəqiqə bişirin.
Hazır biskviti eninə 3-4 yerə bölün.
Krem üçün kərə yağı, qatılaşdırılmış süd və kakaonu mikserlə çalın. Hər korjun üstünə krem çəkərək üst-üstə qoyun.
Qlazur üçün nəzərdə tutulan ərzağı qarışdırıb zəif odda daim qarışdıraraq 5 dəqiqə bişirin. Tortun üzərinə şokoladlı qlazur çəkin. Hazırdır.

Nuş olsun!
(səs: 8)
Şərhlər: 12
Baxılıb: 23 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri