Şokoladlı paxlava resepti

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 9 640
Səs ver:
(səs: 2)
Tərkibi:
1,5 st. şəkər tozu
1 st. su
3/4 st. bal
1 x.q. hil (yaşıl)
2 ç.q. limon şirəsi
1 limonun sedrası
1/4 ç.q. gül suyu
300 q kərə yağı
28 yarpaq filo xəmiri (hazır paxlava xəmiri)
2 st. fındıq
2 ç.q. darçın
1,5 plitka tünd şokolad

Hazırlanması:
Şərbət:
Su, bal, şəkər tozu və hili qazana töküb orta itilikli ocağın üzərinə qoyun, qaynara düşəndən sonra qarışdıraraq 20 dəqiqə bişirin.
Ocaqdan götürüb limon şirəsi, sedrası və gül suyu əlavə edin, qarışdırıb cunadan süzün, soyudun.

İç:
Fındığı qovurun, azca soyuyandan sonra dəsmalın arasına qoyub ovxalayaraq qabığını təmizləyin. Blenderdə xırdalayın. Xırdalanmış şokolad və darçınla qarışdırın.
Xəmirin donunu açın.
Yağı əridin.
Formaya yağ çəkin. Aralarına yağ çəkməklə 8 lay xəmiri üst-üstə yığın. Fındıqlı-şokoladlı qarışığın 1/4-ni səpin. Üzərinə arasını yağlamaqla 4 lay xəmir qoyun + şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq + 8 lay xəmir (8+4+4+4+8=28 lay xəmir + 4 lay şokoladlı qarışıq).
Paxlavanı kvadratlara, yaxud romblara bölün. 200-220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.
Sonra şərbəti üzərinə gəzdirin. Hopmasını gözləyin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 9 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri