Kəsmikli peçenye resepti

Müəllif: Antikvar
Şərhlər: 15
Baxılıb: 38 191
Səs ver:
(səs: 6)

Kəsmik çox xeyirli məhsuldur. Onun tərkibində çoxlu miqdarda kalsium elementi var.

Kalsium insanın sümüklərini, dişlərini, saçlarını möhkəmləndirir, ürəyin normal fəaliyyəti və yaxşı görmə üçün çox vacibdir. Kəsmik mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir.

Gündəlik rasionda kəsmiyin olması uşaqlar və hamilə qadınlar üçün olduqca vacibdir.  Lakin bir çox uşaqlar (və həmçinin də böyüklər) kəsmik xoşlamır. Bu halda kəsmiklə müxtəlif un məmulatları (peçenye, piroq və s.) bişirmək olar. Kəsmiyin faydalı xüsusiyyətləri, demək olar, tam saxlanılır.

Beləliklə, sizə çox faydalı və xeyirli kəsmik peçenyenin reseptini təqdim edirik.

Lazım olan məhsullar:

Kəsmik - 250 qr

Kərə yağı - 200 qr

Un - 2 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Şəkər tozu - 1/3 stəkan

Hazırlanması:

1. Yumşaq kərə yağı kəsmiklə birlikdə həmcins kütlə alınana kimi mikserlə (və ya blenderdə) yaxşı qarışdırılır.

 

 

2. Un və qabartma tozu əlavə olunur və yenə yaxşı qarışdırılır. Xəmir yumşaq alınmalıdır, lakin əllərə yapışmamalıdır. Əgər xəmir əllərə yapışırsa, bir qədər un əlavə edin.

 

 

 3. Stolun üzərinə bir qədər un tökün və xəmiri nazik yayın. Stəkanın köməyi ilə xəmirdən dairələri kəsin.

 

 

 4. Hər dairənin bir tərəfini şəkər tozuna batırın və tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.

 

 

5. Daha sonra peçenyenin bir tərəfini yenə şəkər tozuna batırın və yenə tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.

 

 

 

 6. Peçenyenin bir tərəfini şəkər tozuna batırın

 


7 . Alınmış üçbucaqlıları bişirmək üçün protivenə un məmulatları üçün nəzərdə tutulmuş xüsusi kağız sərin və üzərinə peçenyeləri düzün (şəkəri olan tərəf yuxarıda qalmalıdır).

 

 

 

 8. Peçenye sobada 180 C-də təxminən 20 dəqiqə ərzində bişirilir.

 

 

Nuş olsun!

(səs: 6)
Şərhlər: 15
Baxılıb: 38 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri