Qarda vişnə tortu - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 5 635
Səs ver:
(səs: 12)
Tərkibi:
200qr + 600qr xama (xəmir üçün + krem üçün)
200qr kərə yağı
3 st. un
600qr çəyirdəksiz vişnə (təzə, mürəbbə və ya konservləşdirilmiş)
120qr şəkər pudrası (krem üçü)
zövqə görə vanil
1 ç/q soda
zövqə görə şəkər ( içlik üçün)
0,5 ç/q alma sirkəsi
50 qr. kokos (bəzək üçün)
 
Hazırlanması:
Mən bu tort reseptini internetdə görəndə çox xoşuma gəldi. Və ilk olaraq ağlıma qadinlar.biz qızları gəldi. Dedim sizlərlə paylaşım. İnanıram ki, sizin də xoşunuza gələcək.
Tortun hazırlanması üçün lazım olan ərzaqlar otaq temperaturunda olmalıdır.
Kərə yağı və xamanı qarışdırırıq, söndürülmüş soda və unu yavaş yavaş əlavə edirik. Yumşaq və elastik xəmir yoğururuq. Film streçə büküb 2 saat soyuducuda saxlayırıq. Vişnələrin suyun süzürük.
 

 
Xəmiri soyuducudan çıxarıb 16 hissəyə bölürük. Hər bir  hissəni nazik uzun formada yayırıq, ortasına vişnələri düzüb şəkər səpirik. Və kənarlarını yaxşıca bağlayırıq.
 



 
Soba qabının içinə tutduğu qədər düzürük və 200C dərəcədə təxminən 20 dəqiqə bişiririk.
(P.s: əgər sizin sobanızın istiliyi yüksəkdisə dərəcəni özünüz tənzimləyin, yanmasın deyə)
Əgər xəmirdən qalıbsa onu da eyni qayda ilə bişirin.
 

 
Hazır korjları tamamilə soyumağa qoyun.
Bu arada  xama və şəkər pudrasını çalın. Tam soyumuş korjların üzərinə çəkin və yarım saat özünə gəlməsini gözləyin. Sonra isə soyuducuya qoyun ( yaxşı olar ki, bir gecə). Korjlar kremi yaxşıca canına çəkir, nəticədə tort yumşaq və dadlı oıur.
 



 
Soyuducudan çıxarandan sonra kokos ilə bəzəyin. Tortu kəsən zaman içi çox gözəl və qeyri-adi  görünür.
Nuş olsun!
(səs: 12)
Şərhlər: 11
Baxılıb: 5 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri