Pavlova tortu resepti

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 5 219
Səs ver:
(səs: 4)
Qızlar, sizlərə yenə çox dadlı və fərqli bir resept təqdim eliyirəm. Bu resepti canım bacım Madinanın istəyi üçün göndərmişəm. Ümid edirəm bəyənərsən bacım, elə siz də qızlar...

Tərkibi:
merengi (beze) üçün:
yumurta ağı- 4 ədəd (otaq temperaturunda)
şəkər - 180 qr
vanil şəkəri - 10 qr
qarğıdalı nişastası - 2 ç/ q
ağ üzüm sirkəsi - 1 ç/q
limon şirəsi _ 0,5 ç/q

krem üçün:
yağlı qaymaq (35%) - 250 ml
şəkər pudrası- 1-2ç/q
qarışıq giləmeyvələr

Hazırlanması:
Soba qabının içinə perqament kağızı qoyun və üzərində tortunuzun olması istədiyiniz böyüklükdə dairə çəkin. Kağızı karandaş izi aşağıda qalsın deyə tərs tərəfə çevirin.
Vanil şəkəri və şəkəri blender qabına qoyub üyüdərək şəkər pudrası halına gətirin.
3 çay qaşığı şəkər pudrası ayırın və nişasta ilə qarışdırın.
Yumurta ağlarını bir qaba qoyun və üzərinə limon şirəsi əlavə edin. Mikserin orta sürətində yumşaq köpük halına gələnə qədər çalın. Mikseri dayandırmadan hissə hissə şəkəri əlavə edin. Bütün şəkəri əlavə etdikdən sonra mikserin sürətini artirin və kütlə bərk olana qədər çalın ( qabı başı açağı tutanda yumurta ağları tökülməməlidir). Alınmış merenginin üzərinə (çalınmış yumurta ağları-beze) nişasta ilə qarışdırdığımız şəkəri və üzüm sirkəsini əlavə edin. Bütün ərzaqlar qarışsın deyə, enli lövhə ilə çox səliqəli şəkildə aşağıdan yuxarıya doğru qarışdırın. Hazır merengini kənarları ortasından hündür olacaq şəkildə əvvəlcədən dairə çəkdiyiniz perqament kağızının üstünə tökün. Əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 1 – 1.5 saat bişirin. Bezelərin üzəri xırt xırt olmalı, içi isə yumşaq qalmalıdır.
Bişdikdən sonra soba qabından perqament kağızı ilə birgə çıxardıb soyumağa qoyun.

Kremin hazırlanması:
Yaxşı soyumuş qaymağı mikserin aşağı və ya orta sürəti ilə mikser qaldırdıqda uclarının izi qalana qədər çalın. Şəkər pudarsı əlavə edib çalın ( bir şeyə diqqət etmək lazımdır ki, çox çaldıqda qaymaq yağa dönüşə bilər. Buna fikir verin)
Giləmeyvələri yuyub yaxşıca qurudun.
Bezeni bir nimçəyə qoyun və ortasına çalınmış qaymağı əlavə edin. Sonra isə üzərini istədiyiniz kimi bəzəyin.
Nuş olsun!

 

 

 

 

(səs: 4)
Şərhlər: 11
Baxılıb: 5 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri