Tərkibi:
200 qr. kərə yağı
1 armudu stəkan zeytun yağı
1,5 stəkan pudra şəkəri
1 yumurta sarısı
1 stəkan nişasta
3 stəkan un
1 çay qaşığı qabartma tozu
1 paket vanil
Xəmirin yarısına əlavə etmək üçün 1 yemək qaşığı kakao
Üzəri üçün krem şokolad
Hazırlanması:
Otaq istiliyində yumşalmış kərə yağını pudra şəkəriylə birlikdə eynicinsli məhlul alınana qədər yoğurun. Zeytun yağı və yumurta sarısını da əlavə edib qarışdırın.
Vanil və nişastanı, daha sonra un və qabartma tozunu əlavə edib yoğurun. Unu stəkan stəkan əlavə edin. Çünki xəmir nə çox yumşaq və nə də bərk olmamalıdır.
Xəmirin yarısını ayırın və ayırdığınız qisimə 1 yemək qaşığı kakao əlavə edib yenidən yoğurun.
Xəmirdən yumurta böyüklüyündə bir parça götürüb krem şprisinin və ya tırtıl qəlibinin içinə yerləşdirin. Əlinizlə nimçəyə sıxıb gül şəkli verin.
Orta qisiminə işarə barmağınızla yüngülcə basdırın.
Əvvəldən isidilmiş 170 dərəcəlik sobada 15 dəqiqə bişirin.
Bişən peçenyelərin üzərinə krem şokolad sıxın. Kiçik bir paketin küncünə qoyub, ucunu azca kəsərək sıxa bilərsiniz.