Tərkibi:
Xəmir üçün:
1 kq un
2 yumurta sarısı
200 qr xama
100 qr ərinmiş kərə yağı
0,5 lt süd
1 x/q maya
1 çimdik sarıkök
duz
Yağlamaq üçün:
1,5 kq ərinmiş kərə yağı
İçlik üçün:
0,5 kq qoz ləpəsi
0,5 kq şəkər tozu
hil
cöüz (мускатный орех)
Şərbət üçün:
2 stəkan şəkər tozu
1 stəkan qaynar su
yarım ç/q limon suyu
Hazırlanması:
1. İçlik yaxşı olar ki, 1 gün əvvəl hazırlansın. Qozu biraz tavada qızardıb ləpə çəkəndə çəkirik.
2. Hil və cöüz (мускатный орех) tavada biraz qızardılır və üyüdülüb toz halına salınır.
3. Ləpəyə ədviyyat, şəkər tozu əlavə edilib qarışdırılır. İçlik hazırdı.
4. Xəmiri hazırlamaq üçün yekə qab götürülür un ələklə ələnir.
5. Unun üzərinə yumurta sarıları, xama, maya, bir çikdik duz və sarıkök əlavə edilir.
6. Başqa qazanda kərə yağı ilə süd qarışdırılır (hər ikisi də ilıq olmalı) və una əlavə edilib yumuşaq xəmir yoğrulur.
7. 1 saat xəmiri isti yerə qoyuruq ki, acısın.
8.
Xəmir acıyandan sonra 12 hissəyə bölünür. 2 böyük kündə, 10 kiçik kündə
hazırlanır. Xəmirin arasını yağlamaq üçün istifadə edəcəyimiz yağı
qızdırırıq ki soyuq olmasın (ilıq olmalı).
9. İlk olaraq tavanı yağlayırıq. Böyük kündədən birini açıb tavaya qoyuruq. İlk acdığımız xəmir nisbətən qalın olmalıdı.
10. Açılan xəmirin üstünü yağlayıb üzərinə içlikdən səpirik.
11. Bütün kündələri eyni qayda ilə edirik.
12. Axırda böyük kündə açılır.Amma ona yağ, içlik vurulmur.
13. Bıçağın köməyi ilə xəmir paxlava şəklində kəsilir.
14. Xəmirin üzərinə yumurta sarısı ilə sarıkök qarışığı vurulur.
15. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada bişirilir.
16.
Üstü biraz qızaranda sobadan çıxarılır, kəsilən paxlavalar yenıdən
bıçaqla kəsilir və paxlavanın üzərinə 2 stəkan ərinmiş kərə yağı
tökülür (hər tərəfinə eyni miqdarda düşməlidi).
17. Yenidən paxlava sobaya qoyulur.
18.
Paxlava bişə-bişə şərbətini hazırlayırıq. Bunun üçün qazana şəkər tozu,
su, limon suyu tökülür 5 dəqiqə qaynadılır.Biraz qatı olmalıdı.
19.
Paxlavanın üzü tam qızardıqda sobadan çıxardılır isti şərbət paxlavaya
qaşıqla tökülür.Elə tökməliyik ki hər tərəfinə eyni miqdarda yayılsın.
20. Sonra soyumağa qoyuruq. Tam soyuduqdan sonra bıçağın köməyi ilə paxlavalarımızı kəsib çıxardırıq.