Modada rəng uyğunlaşmaları necə olmalıdı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 786
Bölmə: Moda
Səs ver:
(səs: 0)
Modaya uyğun olmaq üçün bir az da rəng uyğunlaşmaları haqqında məlumat əldə etmək faydalı ola bilər. Paltar seçdiyinizdə və hazırlayacağınız kombində diqqətli olmazında vacib olanlar ...

Əvvəlcə rənglərin kateqoriyalarını bilməliyik. Geyim və modada rəng kateqoriyaları bu növlərdədi:

Qara, ağ və boz neytral rənglərdir. Bu rənglər həm öz aralarında həm də digər bütün rənglərlə uyğunlaşma içindədir və hər şərtdə qəbul görər və uyğunlaşar.

Məsələn: İndi isti və soyuq rənglər araşdıraq. Sarı, narıncı, çəhrayı, qırmızı, kafel rəngləri isti rənglərdir. Göy, mavi, bənövşəyi, yaşıl, açıq yaşıl da soyuq rənglər olaraq bilirik.

Həmdə rənglər üç növdədir..

Ilkin rənglər: Sarı, mavi, qırmızı olmaq üzrə bu rənglər ana rənglərdir.

Orta rənglər: Yaşıl, narıncı və bənövşəyi (ana rənglərin qarışıqları nəticəsində ibarət olan ara rənglərdir)

Üçüncü rənglər: Bardovu, okean rəngi, qızılı kimi rənglərdir.

Əslinə qalsa hər rəng doğru ton tapılaraq bir-biri ilə kombinləşdirmək mümkündü amma bu bir az şans və birazda səy tələb edir. Əhəmiyyətli olan rəngləri balanslı istifadə etməkdir. Rənglər mövzusunda diqqət edəcəyimiz şeyləri maddələsək bunları deyə bilərik:

Ən çox 3 rəngi bir yerdə istifadə etməliyik. Daha çox rəng qarışıqlığı və gərəksiz bir rəng kütləsinə səbəb olacaq. Kombininizdə tək rəngi ön plana çıxararaq digər rəngləri yan rəng olaraq istifadə edin. Beləcə daha xoş və diqqət çəkici bir kombin meydana gətirmiş olarsınız.

Dediyim kimi qərar tamamilə sizə aiddi. Uyğunlaşmanı yaratmaq birazda sizə bağlıdı. Bir-birinə tərs rəngləri elə bir kombin edərsiniz üzərinizdə elə gəzdirərsiniz ki hər kəs heyran da qala bilər. Hər zaman deyil bəlkə amma ara- ara cəsur olmaqda və fərq yaratmaqda fayda var deyə düşünürəm.

Yoxladıqca bədəninizə hansı rəngin daha gözəl yaraşdığını öyrənməniz sizin üçün daha rahat olacaqdır..
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri