Hər mövsüm dəbdə olan Ear Cufflar

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 545
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 0)
Bir neçə mövsümdür populyarlığını davam etdirən Ear Cuff sırğalar, yüksəlişinə tam sürətlə davam edir. Yay trendlərində əhəmiyyətli bir yer tutan Ear Cuffların qışın da bir yerə ayrılmağa niyyəti yoxdur. Zamansız bir nümunə olaraq xarakterizə edə biləcəyimiz bu qulaq üstünə taxılan sırğalar, fərqli modelləri ilə hər tərzə xitab edir. Tək qulaq üzərində üstünlük verilən Ear Cufflar daha çox zəncirli, daşlı, yarpaq fiqurlu və hərəkətli modelləri ilə önə çıxır. Zərif bir gecə kombininizi daşlı bir Ear Cuff ilə tamamlayarkən, zəncir detallı və ya kiçik fiqurlu modelləri gündəlik istifadə üçün seçim edə bilərsiniz.

Trend olmaqdan çıxıb sırğa dünyasında özünə yer tutan bu modeli qarşıdakı mövsümlərdə da tez-tez görəcəyik.

Qulaq üstü, qulaq kənarı sırğa kimi tərif edə biləcəyimiz bu model qulağınızı örtən bir aksessuardur. Yalnız qulaqda olsa da diqqətçəkən bir xüsusiyyəti olduğundan digər aksesuarlarınızda daha sadə seçimlər etməyinizi təklif edirik.
Ear cufflar hər kombininizə uyğunluq təmin edəcək seçimləriylə sevimli aksesuarlar arasına girmiş vəziyyətdədir. Qadınların ən çox istifadə etdiyi aksesuarlardan biri də sırğalardır. Stilimizə bəzən gözəl bir toxunuş, bəzən də zərif bir detal qazandıran sırğalar hər keçən gün fərqli modeldə qarşımıza çıxır. Özünəməxsus dizaynerlər artdıqca bir-birindən fərqli aksesuar modelləri görmək bizi təəccübləndirmir. Son dövrlərin ən çox bəyənilən aksessuarları arasında yer alan Ear Cuff isə bunlardan biridir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri