Üzük seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 848
Səs ver:
(səs: 0)
Evlilik planları quranların ən çox düşündükləri mövzulardan birini Siz dəyərli ziyarətçilərimiz ilə bölüşmək istədik.

Bu mövzuda kiçik amma nəticəsi böyük olan nüansı nəzərinizə çatdırmaq istəyirik. Hamımızın bildiyi kimi qızılın və gümüşün qramı ölkə birjasında müəyyən edildiyi halda əl işçiliyinə görə qızıl və ya gümüş bəzək əşyalarının qiymətləri çox fərqlilik göstərməkdədir. Odur ki, üzük seçməzdən əvvəl , bir xeyli qızıl dükanını gəzin və qiymətlərlə maraqlanın. Əlaqəli və əlaqəsi modellərin də qiymətləri ilə maraqlanın və beləcə baxdığınız yerlərdəki qiymət fərqlərini görəcəksiniz.

Mən bilən iş deyil deməyin! Zinət əşyaları satan bir mağazaya yaxınlaşın və qiymətlərlə maraqlanarkən satıcıdan da niyə bu belədir? Hara qızılıdır? Üstündəki qaşlar nədir və s. soruşaraq maraqlanın. Üzük və digər bəzək əşyalarınızı ümumiyyətlə tək bir zərgərlik məmulları satan mağazadan almamağı tövsiyə edirik. Çox geniş çeşidləri axtarın. Üzük, sırğa, bilərzik, saat, boyunbağı və s. kimi alacağınız qiymətli əşyalar üçün son qərarı siz verəcəksiniz.

Əminik ki, çox qısa bir müddət sonra sizin də müəyyən təsəvvürləriniz yaranacaqdır.

Ancaq bildiyimiz kimi qızıl əşyaları ucuz olmadığı üçün bu barədə daha geniş anlayışı olan bir tanışınızın köməyindən istifadə edə bilərsiniz. Yenə də məsləhətdir ki, siz bir yerə getməzdən əvvəl özünüz qiymətlər və barəsində mütləq maraqlanın. Heç deyilsə seçmək istədiyiniz üzük modelinin forması beyninizdə yaranmış olar.

Bunun kimi incə nüansları nəzərindən çıxaranlar evlilik planlarında ən çox pul xərclənən üzük və qızıl əşya alımlarında gözlənilməyən xətalara çox düşür.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri