Yaxa sancağını necə və nə ilə taxaq?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 393
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 0)
Böyük Bijuteriya və zərgərlik işləri arasında təkcə dekorativliyi ilə deyil, eyni zamanda praktikliyi və funksianallığı ilə seçilən aksesuarlar o qədər də çox deyil. Onlardan biri bütün zamanlarda öz populyarlığını qoruyan broşlardır. Bizim nənələrimizin dövründə bu aksesuarların daha populyar olmasına baxmayaraq, müasir dövrdə də tərz və dəb aləmində onların rolu heç də az deyil.

Broşlar sadəcə hər yaşdan xanımların qarderobunu bəzəyən aksesuarlar deyil, eləcə də hünərli əllərin sayəsində “danışan” predmete çevrilir. Hətta öz broşları barədə kitab yazmış, özünə bəzi “dələduzluğa” izin verən keçmiş ABŞ dövlət katibi Madlen Olbraytı və etiket qaydalarına əməl etmək mövzusunda öz sərtliyi ilə seçilən ll Yelizavetanı bu məsələdə stil ikonu hesab etmək olar.

Maraqlısı odur ki, hər iki xanım bir-birinin tam əksidir.

Kraliça 1-2 hal istisna olmaqla sadəcə bahalı daş-qaşlardan istifadə edirsə, Madlen xanım hətta aeraportlardan aldığı bijuteriyalardan da istifadə edir.

Kraliça xarici ölkələrə səfəri və ya xarici ölkə başçılarını qəbul etdiyi zaman, qəbul edən tərəfə “reverans” adlandıra biləcəyim broşlar taxır.

Yaxa sancağını necə və nə ilə taxaq?

Əgər kraliça ingilis ənənələrinin təzahürüdürsə, Madlen Olbrayt onların dağıdıcısıdır, ənənələr barədə belə demək olarsa:). O, ABŞ ilk qadın dövlət katibidir və çox az adam bilir ki, o Çexiyada anadan olub, yalnız 20 yaşında Amerika vətəndaşı olub. Və bundan əlavə o, daha əvvəl heç görsənməmiş broşların diplomatik dilini yaradıb. Madlen Olbraytın broşları bütün dünyada məhşurlaşdı, 2009-2010 illər arasında bir neçə ay (Xanım Olbrayt broşları ilə daha uzun müddət ayrı qala bilmədi) Nyu-Yorkun müasir incəsənət və Dizayn muzeyində sərgiləndi və böyük uğur qazandı.

Jurnalistlər sözün əsl mənasında ilk dəfə BMT iclasından sonra Səddam Hüseynin siyasəti ilə bağlı suala cavab verərəkən onun “broş dilində” danışdılar. Olbrayt yarı zarafat “Mənim broşlarımı oxuyun “ deyə cavab verdi.



Bir zamanlar broşlardan möhtəşəm gecə paltarlarında bağlayıcı və ya aksesuar kimi istifadə edirdilər. Ancaq zaman dəyişdi, böyük dəbli paltarlar yarandı və bununla yanaşı müxtəlif dizaynlı broşlar və onlardan fərqli istifadə imkanları da çoxaldı. Buna görə də bütün dəbli tendensiyaları təqib edən xanımlara məsləhət görürük ki, bu klassik aksesuardan yan keçməsinlər.

Yaxşı, bəs broşlardan necə istifadə edək ki, həm aktual, həm də dəbli görsənsin? Biz sizə bu aksesuardan gündəlik və gecə geyimlərində istifadənin 17 növünü təqdim edirik.

1. Paltar



Ən yayılmış üsul – paltara bərkidilmiş broşdur. Ancaq yadda saxlayın ki, o sizin üzərinizdəki əsas aksesuar olmalıdır və digər bijuteriya və zərgərlik predmetlərinin kölgəsində qalmamalıdır. Eləcə də rəngli tikmələri və printi olan paltarlarda istifadədən qaçının.

2. Pencəyin yaxasında



Klassik variantlardan biridir. Əgər siz öz individuallığınızı vurğulamaq istəyirsinizsə, ancaq ciddi dress kod buna əngəl törədirsə, o zaman zərif bir broşu pencəyin yaxasına bərkidə bilərsiniz.

3. Kardiqan və ya paltolarda



Kardiqan, palto və kürklərdə broşlar xüsusi ilə gözəl görsənir. Uyğun ölçüdə aksesuarı seçin, çünki o çox aşırı və ya üst geyimində itib-batacaq ölçüdə olmamalıdır.

4. Şlyapada



Bu predmetdən istifadə üçün qeyri-adi, ancaq məqbul bir yoldur. Broşu şlyapanın lentinə bərkidin , bu xüsusi bir şık əlavə edəcək. Burada da ən əsası aşırıya qaçmamaqdır. Əgər bu parlaq yaylıqlı həsir şlyapadırsa bu zaman əlavə aksesuar yersiz olacaq. Əgər eyni tonlu havalı bir şlyapa taxmısınızsa, o zaman zərif bir broş onu daha da zərif edəcək. Bundan əlavə qaşla bəzənmiş broşlu bir şlyapanı gecə yeyimində də istifadə edə bilərsiniz.

5. Çantada



Bu da broşdan istifadənin çox orjinal bir üsuludur. Onu ya çantaya, ya da çantaya bağlayacağınız yaylığa bərkidin. Qeyd etməliyik ki, yaylığın və broşun rəngləri bir-birinə uyğun gəlməlidir.

6. Büzmək üçün broş



Əgər siz büzməli paltar geyinirsizsə o zaman broş bəzək əşyasından əlavə sancaq rolunu da oynayacaq. Belə bəzəkli geniş, uçuşan paltarlar nisbətən dolu xanımlar üçün əla seçim olacaq. Aksesuarı elə seçin ki, parçanın üzərindən sürüşməsin.

7. Çiyində



Gecə paltarı geyindiyinizdə çiyninə bərkidin. Bu diqqətləri sizin obrazınıza cəlb edəcək.

8. Şərf



Gözəl bir şərf almısız və o hər dəqiqə küləkdən düşür? Mərkəzə broşu bərkidin! Bu variant tərzli və rahat obraz üçün əladır.

9. Asimmetrik kəsimli paltarda



Əgər asimmetrik kəsimli paltara aksesuar seçməkdə çətinlik çəkirsinizsə, o zaman paltarın bağlı hissəsinə broş taxa bilərsiniz. Bu hər zaman gözəl görsənir. Xatırladaq ki, dolu xanımlar sivri broşlardan qaçınsalar yaxşı olar. Oval və ya dairəvi broşlara üstünlük versələr daha uyğundur.

10. Kəmərdə



Kəmərin ortasına bərkidilmiş həcmli bir broş onada əksik olan tərzi tamamlayacaq. Əgər sizin qarderobunuzda uzun müddət istifadə etmək istədiyiniz keyfiyyətli və bahalı dəri kəmərləriniz varsa, o zaman belə broşlar hər zaman aktualdır.

11. Köynək və bluzlarda



Yenə də ciddi dres kod üçün əla variant. Istədiyiniz köynək və bluzu sevimli broşunuzla tamamlayın.

12. Kameya şəklində



Bizim nənələrimiz yüksək yaxaların tam ortasına belə broşlar bərkidərdilər. Bu variantı da diqqətdən kənar qoymayın. Retro tərzində kameya broşları seçin və obrazınıza vintaj notları əlavə edin.

13. Yaxalığı altında



Dəbli tendensiyalardan biri də broşu yaxalığın altına bərkitməkdir. Köynəyin yaxalığına broşu bərkidib, üzərinə svitşot geyinirsinizsə gündəlik obrazda çox dəbli tərz əldə etmiş olursunuz.

16. Bir neçə broş bir arada



Bir neçə broşu cəsarətlə bir yerdə taxa bilərsiniz. Əsas şərt onların eyni tərzdə olmasıdır. Nəzərə alın ki, plastik və ya taxtadan olan broşlar klassik və vintaj tərzi ilə uymayacaq.

17. Saç aksesuarında

Başınıza bağladığınız parça abadoka da bərkidə bilərsiniz. Bu tərz, üz və saçlarınıza diqqət cəlb edəcək. Belə kombinasiya həm gündəlik, həm də gecə geyimlərinə uyğundur.



Klassik bəzək əşyaları ilə eksperimentdən qorxmayın və öz fantaziyanızı gözəl zövq çərçivəsində saxlayın.
Dəb və tərz dünyasında yeni kəşflər arzulayırıq!

Bəs siz necə broşlardan istifadə edirsiniz? Gəlin müzakirə edək!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri