Həm qoruyucu vasitə, həm də stil nümunəsi: Koronavirus əlcək dəbini geri qaytardı

Müəllif: GüL.
Şərhlər: 8
Baxılıb: 1734
Səs ver:
(səs: 0)
Əlcəklər 20-ci əsrin əvvəllərində yüksək dairələrdə qadının qarderobunun ayrılmaz hissəsi hesab olunurdu. Elit təbəqədən olan qadınlara evdən kənarda həmişə əlcək taxmaq tapşırılmışdı və onları ictimai yerlərdə çıxarmaq ədəbsizlik sayılırdı. Yeri gəlmişkən, mayın 12-də Rusiyanın bir sıra bölgələrində - xüsusən də Moskva və Moskva vilayətində - maska, əlcək rejimi tətbiq olunub.koronavirus pandemiyasının yayılması nəticəsində dizaynerlər əlcəkləri yenidən dəbə qaytarmaq niyyətindədir. Modapərəstlər də artıq zərif görünmək üçün əlcək və maskaları müxtəlif naxışla, işləmələrlə bəzəməyə başlayıb. Mövcud vəziyyətdən göründüyü kimi, əgər ehtiyac yaranıbsa, çox güman ki, müxtəlif əlcək modelləri ortaya çıxacaq və moda dünyası qadınlar üçün əllərinin gözəl görünəcəyi əlcəklərin versiyalarını buraxacaq. Eyni zamanda onları virus və bakteriyalardan etibarlı şəkildə qoruyacaq.Koronavirusa yoluxan və ondan müalicə alan məşhur moda tarixçisi Aleksandr Vasiliyev İnstaqram səhifəsində bildirib ki, mavi və çəhrayı əlcəklərə tələbat çoxalıb. Ekspertin sözlərinə görə, pandemiya mağazaya gedən və ya ev heyvanlarını gəzdirmək üçün küçəyə çıxan bir çox çılğın, dəbli qadınlar üçün müəyyən tendensiyanı diktə edəcək. “Əlbəttə ki, əlcəkləri tamamlamaq üçün xanımların çoxu dərhal mavi və ya çəhrayı şərf, yaxud baş geyimlərinin də axtarışına çıxacaq”, - deyə o, qeyd edib.

Sosial şəbəkələrdə yeni tendensiyaya uyğun fotolar və obrazlar görünməyə başlayıb. Mövcud vəziyyəti dəyişə bilmiriksə, niyə də əllərin gözəl görünməsi üçün müxtəlif eksperimentləri sınaqdan keçirməyək?

Lakin bütün parçalar bizi virusdan qoruya bilməz. Həkimlər birdəfəlik nitril və ya pambıq əlcək seçməyi məsləhət görür. Eyni zamanda, onlar əllərə səliqəli şəkildə uyğun olmalıdırlar. Birdəfəlik əlcəklər gündə iki saatdan çox, parça isə bütün gün istifadə edilə bilər. Nitril əlcəklərdən istifadə edərkən əllərinizi antiseptiklə silmək və istifadədən dərhal sonra atmaq tövsiyə olunur.

İstifadədən sonra parça əlcəklər əllərdən çıxarılmadan sabunlanmalı və sonra yüz dərəcə temperaturda yuyulmalıdır. Həkimlər dəri və ya lateks əlcəklərin viruslardan qorunmaq üçün uyğun olmadığını da qeyd edib, çünki hazırlanan material dezinfeksiyaedici proses üçün uyğun deyil.

Həm qoruyucu vasitə, həm də stil nümunəsi: Koronavirus əlcək dəbini geri qaytardı
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1734
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6
Xəbər sayı: 0
Lidya
Heç nə bu günlərdən sonra əvvəl ki kimi olmayacaq, yeni növ virus hər şeyə təsir edir. Moda dünyasına belə. Əlcəklər yenidən moda olsun. Xoşlayıram ziyafət geyimləri ilə əlcək istifadə etməyi... Təmizliyi unutmamaq şərti ilə...
3 iyun 2020 23:18
8
Şərh sayı: 13400
Xəbər sayı: 297
Miss_Oxatan
Qiwda elcek retki taxiram qaldiki mutemadi
29 may 2020 00:41
7
#flatearth
Şərh sayı: 1228
Xəbər sayı: 127
GüL.
Mene gore uzun elcekler qadini cazibedar gosterir. En coxda billurdan olan qara elcekler
28 may 2020 22:10
6
Hər şey sənin üçün
AZƏRBAYCAN!
Şərh sayı: 8499
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Xeyirli bu korona virus getsin olkemizden her yerde korona korona bezdik vallah.
Elceyede gelende qisda elcek belke isdifade ederem.Ama bele deb ucun hec zaman elcek istifade etmerem..Menlik deyil
28 may 2020 13:56
5
Şərh sayı: 601
Xəbər sayı: 12
_pandam_
Indiki dovrde aksesuar olaraq istifade eden cox olmaz deye dusunurem.
Virus ucunde lateks elcekler var bizde. Oda deir faydasi yox imis. Bilmirdim. Onu oxumagim yaxshi oldu. Tesekurlee
28 may 2020 04:17
4
Şərh sayı: 6179
Xəbər sayı: 0
Cema_Axodova
Alsesuar olaraq elcek hec menlik deyil
28 may 2020 02:15
3
p.s
Şərh sayı: 4690
Xəbər sayı: 47
fiyonik
Koronavirus olmasa bele kecmis butun deb numuneleri tekrarlanir. Elcek seven biri de deyilem. Qisda bele. Amma tulden ya da nazik parcalardan debli gorune biler. Tesekkurler!
28 may 2020 00:25
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80617
Xəbər sayı: 30
BARBI
Elcek yalniz qisda sevirem.Aksesuar olaraq istifade etmirem
27 may 2020 23:59
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri