Bədən rənginizə görə bijüteriya seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 885
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 1)
Taxdığınız bijüteriyaların paltarınızı ən yaxşı şəkildə tamamlaması üçün dəri rənginizə ən uyğun bijüteriyaları seçmek lazımdır. Yaxşı, bunu necə edə bilərsiniz? Budur, bir neçə əsas nöqtəsi;
Özünüzə ən uyğun bijüteriyaları seçə bilmək üçün əvvəlcə dəri tonunuzu bilməniz lazımdır. Bunun üçün edəcəyiniz  çox sadə. İşıqlıq bir sahədə biləyinizə baxın, əgər damarlarınız maviyə yaxınsa soyuq, əgər yaşıla yaxınsa isti dəri tonuna sahibsiniz deməkdir.
Əgər isti dəri tonuna sahibsinizsə qızıl, sarı, çəhrayı, qırmızı kimi isti rəng tonlarını seçməlisiniz. Xüsusilə qızıl sizə çox yaraşar.  Əlbəttə soyuq rəng tonlarını da istifadə edə bilərsiniz, lakin isti rəng tonlarının sizə daha çox yaraşdığını biləcəksiniz.
Soyuq dəri tonu isə istinin tam tərsidir. Mavi, yaşıl, gümüş kimi soyuq rəng tonları sizə daha çox yaraşar. Yenə bu yalnız soyuq rəngləri istifadə edə biləcəyiniz mənasını vermir, lakin taxdığınızın bijüteriyaların dəri rənginizi daha yaxşı əks etdirməsini istəyirsinizsə soyuq rəngləri seçin.
Əgər açıq bədənlisənsə çox parlaq ya da çox tünd bijüteriyalar yerinə daha solğun tonları seçməyə diqqət edin. Daha tünd rəngli bijüteriyaları isə daha uyğun bir zaman üçün saxlayın.
Əgər olduqca tünd bir dəri rənginiz varsa parlaq rəngli aksesuar xüsusilə sizə çox yaraşacaq. Hətta ağ rəngli bijüteriyalarda. Tünd rəngli bijüteriyalardan isə uzaq durmalısınız, çünki bədəninizin nə qədər tünd olduğuna daha çox bildirəcək
Saç rənginiz də bijüteriya seçimində təsirlidir. Çox əhəmiyyətli bir rolu olmasa da xüsusilə boyunbağı, sırğa kimi bijüteriyaların saçınıza yaxın dayanmasına diqqət etməlisiniz. Nümunə vermək lazım olsa, saçınız tünd rəng isə gümüş tonları sizə daha çox yaraşacaq, əgər qırmızı isə canlı rəngli bijüteriyalar saç rənginizi cəlb etdirəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri