Doğru seçilmiş aksesuarlarla gözəlliyinizə gözəllik qatın

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 000
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 0)
Gündəlik həyatda istifadə etdiyimiz aksesuarlar şəxsiyyətinizi əks etdirir. Bu səbəblə aksesuar seçimi çox əhəmiyyətlidir. Bəzi aksesuarlar sizi qəşəng göstərə biləcəyi kimi bəziləri səhv istifadə nəticəsində xoş olmayan bir görünüşə yol aça bilər.

Buda paltarınıza doğru aksesuarlarla gözəllik qatmaq üçün təkliflərimiz ...

Bilərziklər, boyunbağılar, sırğalar
Qadınlar üçün ən əhəmiyyətli aksessuarlar başında yaraşıq gəlir. Bu aksesurlar ən sadə paltarlarınıza belə gözəllik qata bilər. Yalnız aksesuarları həm paltarlarımızla həm də bədən tipimizlə uyğun olacaq şəkildə istifadə etməliyik. Məsələn üz şəkli yumru olanların halqa sırğalardan uzaq dayanması tövsiyə edilər. Böyük aksesuarları sadə paltarlarınızda seçim etməli eyni anda böyük boyunbağı və sırğa taxmaqdan qaçınmalısınız.

Saat və eynəklər
Hər yeni mövsüm bir-birindən fərqli modellərlə qarşımıza çıxan saat və eynəkləri də unutmayaq. Üzünüzün böyüklüyüylə mütənasib bir eynək və paltarınıza rəngləriylə uyğun bir saat gözəlliyinizi daha da artıracaq.

Kəmərlər
Paltarlarımızın ən təsirli tamamlayıcılarından biridir. Gün içində iplik və ya hörük kəmər istifadə edərək sadə paltarlarınıza hərəkət verə bilər, gecə isə zəncir kəmərlə paltarınıza daha gözəl bir görünüş qata bilərsiniz.
 
Şapkalar
Ümumiyyətlə şapkaları soyuqdan və ya istidən qorunmaq üçün istifadə edərik amma paltarımızla uyğun bir şapka bizə tam fərqli bir hava verə bilər. Şapka modasını təqib edə bilər və mövsümün rənglərini əks etdirən şapkalarla gözəlliyimizi tamamlaya bilərik.
 
/Mənbə:Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 000
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri