Aksesuar trendi gün keçdikcə genişləyir, böyüyür. Sizin sadəcə aksusar deyeyərə keçdiyiniz bu əşyalara bəlkə də moda dünyası elə demir. Son zamanlarda aksesuarda yeni trend olan əl bilərzikləri sanki zirvəyə qalxıb.
Bildiyimiz bilərziklərdən fərqli olaraq biləyə deyil əlin üzərinə keçirilən bu bilərziklər Hollywood ulduzlarından ölkəmizə gələn bir modadır.
Eyni motivlərdə normal bilərziklərlə, üzüklərlə birlikdə istifadə edə biləcəyiniz əl bilərziklərini tək başına da istifadə edə bilərsiniz. Çox aksesuar taxmaqdan xoşlanan birisinizsə əlinizin üzərində boş yer qalmayacaq kimi görünür.