Qış papaqlarındakı qotazlar nəyə lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 6 264
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 7)
Qışda beretlər xeyli trend olur. Xüsusi ilə üst hissəsində qotazları olan rəngli papaq modelləri son dərəcə aktualdır. Bu papaqları gündəlik istifadə etmək çox əlverişlidir. Bəs görəsən bu papaqlardakı qotazlar nəyə lazımdır və necə yaranıb?

Qarderobdakı geyim detallarının bir çoxu kimi, papaqlardakı qotazların da da qədim tarixi var. XVIII-XIX əsrlərdə qotazlar orduda fərqləndirmə rolunu oynayırdı. Rənginə və formasına görə adi əsgəri zabitdən seçmək olur, onun hansı qoşuna məxsus olduğunu bilmək olurdu. Bundan əlavə fransız gəmiçilərinin papağında da qotazlar olurdu. O dövrün gəmilərinin otaqları dar və alçaq tavanlı olduğu üçün dempfer rolu oynayırdı və başın üst hissəsini zərbərlərdən qoruyurdu.

Qotazlar həm də qızğın ingilis futbol azarkeşlərinin başını küçə döyüşlərindəki zərbələrdən qorumaq üçün nəzərdə tutulmuşdu. Ötən əsrin altmışıncı illərində bu onların qarderobunun ayrılmaz hissəsinə çevrilir. Azarkeşlərdən savayı qotazlı papaqları xizəkçilər də taxırdılar. Bir sözlə, hərbi geyim forması ilə əlaqəsi kəsilən qotazlar get-gedə öz funksiyasını itirərək papaqların dekorativ detalı və qışın sevimli atributu olaraq qalır.
(səs: 7)
Şərhlər: 13
Baxılıb: 6 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri