Sallanma sırğa dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 841
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 1)
Aksessuarlar geyimi tamamlayan ən əhəmiyyətli detallardır. Xüsusən, sırğalar qadının üz ifadəsini dəyişir. Ona görə də bu aksessuarlar bütün qadınlar üçün çox özəldir.

Son dövrdə dəb dünyasında sallanma sırğaları çox aktualdır. Onlar elə eleqantdır ki, ondan başqa bəzəyə ehtiyac qalmır. Xüsusi materiallarla hazırlanmış və təbii daşlarla bəzədilmiş bu sırğalar əsl sənət əsəridir.

Sallanma sırğaların forması müxtəlif ola bilər. Onların damcı şəklində uzanmış, kvadrat və ya digər həndəsi versiyaları qulaqda çox qəşəng görünür. Həmçinin mürəkkəb dekorla da ola bilər.

Bəzi dizaynerlər isə bir qulağa, bir sallanma sırğa taxmağı  təklif edirlər. Bu zaman sırğa mütləq mürəkkəb dekorlu və ağır olmalıdır. Bu istiqaməti "Celine”, "Louis Vuitton”, "Isabel Marant” və digərlərinin dizaynerləri  dəstəkləyir.

Bundan başqa, klassikaya sadiq qalan modapərəstlər də sallanma sırğaların zərif və romantik ansambllarını tapa bilərlər.

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri