Nənələrin ən sevimli bəzək əşyası dəbdədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 5 230
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 8)
Seçilməyin ən asan üsulu bəzək əşyalarından istifadə etməkdir. Broşlarla isə bu, xüsusilə gözəl alınır.

Yaxa sancaqları bu mövsüm yenidən aktualdır. Nədənsə, broşlar yaşlı xanımlara uyğun görülür və bu gözəl aksessuarı çox zaman moda haqqında heç bir məlumatı olmayanlar lazımsız və ya şit bəzək əşyası kimi qəbul edirlər. Əslində broş xanımın yaradıcılıq qabiliyyətini və daxilindəki zövq duyumunu əks etdirir. Sizə əhəmiyyətsiz görünən bu xırda detalla bütün obraz və tərzinizi tamamilə dəyişdirə bilərsiniz. Əks halda dünyanın birinci xanımları broşlardan gen-bol istifadə etməz və geyimlərini onlarla bəzəməzdilər. Broşdan ən çox ABŞ-ın birinci xanımı Mişel Obama, Qətərin birinci xanımı Şeyx Moza, Böyük Britaniya şahzadəsi Keyt Middleton istifadə edir. Miraslova Duma, Ulyana Serqeyenko, Sara Cessika Perker kimi stil ikonaları da zərif üslubunun ərsəyə gəlməsinə görə yaxa sancaqlarına borcludular.

Gənc xanımlar dərhal ana və nənələrinin mücrülərini qurdalamağa başlaya bilərlər. Çox güman ki, hər bir qız oradan özünə uyğun olan möhtəşəm yaxa sancağı tapa biləcək. Xüsusən də 60 və 70-ci illərdə hazırlanan broşlar çox eleqant idi və zərifliyi ilə seçilirdi. Əgər nənənizdən sizə belə gözəl aksessuar miras qalmayıbsa, o halda antik salonlara getməyi məsləhət görürük. Sonra isə qədim broşla müasir geyimi birləşdirərək nəsillər arasında qırılmaz əlaqəni göstərin.

Sancaq taxmaq ənənəsi, əlbəttə ki yeni xəbər deyil. Lakin ona öz yanaşmanız olmalıdır. Yaxa sancaqlarından istifadə etməyin müxtəlif üsulları var.

Broşların, sadəcə, yaxaya və pencəklərə taxıldığını zənn edirsinizsə, çox yanılırsınız. Broşu papağa, şapkaya, mantoya, şərfə və geyimlərin üstünə ilişdirə bilərsiniz. Broşu ən ağlagəlməz yerlərə taxaraq cazibədarlığınızı birə on artırmış olarsınız. Məsələn, sancaqları kürək və sinə dekoltesinə, saçlara taxmaq olar. Broşları köynəyin, donların, şalların və pencəyin sinə hissəsinə də taxmağa icazə verilir. Birrəng palto, yaxud sadə paltarın yaxasındakı broş isə istənilən xanımın zərifliyini vurğulayıb, onu cəlbedici göstərəcək. Sadə ziyafət paltarını broşla dəbdəbəli göstərmək də çətin iş deyil. Broşu hara taxmaq isə paltarın modelindən asılıdır. Kürəyə, sinə hissəsinə, o cümlədən çiynin aşağısına ilişdirə bilərsiniz. Yaxa sancaqlarını ancaq klassik pencəklərin yaxalarına taxmaqla məhdudlaşmayın. Məsələn, indi istənilən cins pencəklərin, dəri gödəkcələrin sinəsinə və yaxalığına, həmçinin ətəklərin belinə sancaq taxmaq trenddir. Xüsusi qeyd etmək lazımdır ki, yaxa sancaqlarının ən gözəl dueti xəzlərlədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 8)
Şərhlər: 17
Baxılıb: 5 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri