Hollivudsayağı sırğa dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 243
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 2)
Yəqin ki, qadınlar gözəl görünməkdən ötrü hər əzaba qatlaşan nadir varlıqdır. Biz xanımlar gözəllik və fədakarlıq mövzusunda bəzən həddimizi aşırıq. Məsələn, heç bir kişi cəlbedici görünməkdən ötrü gün boyu ağır, sallanma sırğaları gəzdirməyə razı olmaz! Amma bu, heç kimə ziyan vermirsə, niyə də gözəl görünməyə can atmayaq?
 
Bu yazıda da "Gözəllik qurban tələb edir!” deyib taxdığımız böyük ölçülü sırğa dəbindən danışmışıq.
 
Hər bir qadın obrazın tamamlanmasında zinət əşyalarının payının böyük olduğunu yaxşı bilir. Xüsusilə, obrazı darıxdırıcı olmaqdan xilas edən sırğalar zərif cinsin nümayəndələri üçün əvəzolunmaz aksessuar sayılır. Bir sözlə, irihəcmli sırğalar onun sahibinə də diqqət yetirməyə vadar edir.
 
Sadəliyə üstünlük verən xanım olsanız da, hər bir modapərəstin öz mücrüsündə qulaqda sallanan "çılçıraq” formalı bir cüt sırğası olmalıdır. Birincisi, onlar kifayət qədər diqqət cəlb edir. İkincisi, istənilən saç düzümü ilə gözəl görünür, üçüncüsü, böyük sırğaları boyunbağı, bilərzik, üzük və digər aksessuarlarla uyğunlaşdırmaq lazım gəlmir. Bir cüt böyük ölçülü sırğa ilə bütün işinizi həll etmiş olur, sırğanı üzük, boyunbağı və qolbaqla uzlaşdırmaq kimi əlavə işdən azad olursunuz. Bu halda sizin obrazınız güclü və ahəngdar olacaq.
 
Akvamarin, xrizolit, yaqut, firuzəyi daşlardan düzəldilən sırğalar hər zamankı kimi yenə aktualdır. Axı onlar həm qəmzəli qarabuğdayılara, həm şux sarışınlara, həm şabalıdı saçlılara, həm də effektli kürən şıltaq gözəlçələrə yaraşır.
 
Hollivudun tanınmış simaları da qırmızı xalı üçün, adətən, böyük ölçülü sırğalar seçir. Qüsursuz görünmək istəyən xanımlar onlardan nümunə götür. Bu da onların imicləri üzərində peşəkar stilistlərin işləməsi ilə əlaqəlidir.

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri