200 illik dəb yenidən oyanır: xalta kolyelər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 195
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 1)
Dəb mütəxəssisləri 2016-cı ilin ən populyar aksessuarının xaltaya bənzər boyunbağılar olacağını düşünürlər.
 
İlk dəfə 1800-cü illərdə dəb aləminə ayaq açan xalta kolyelər o dövrlərdə zadəgan təbəqəsinin ən sevimli aksessuarı olub. 90-cı illərdə dəb aləminə qayıtsa da, müasir qadının ürəyini fəth edə bilməmişdi. Elə ötən il də bir çox məşhur brend bu tip boyunbağılar istehsal etsə də, Ledi Qaqa, Rihanna kimi qeyri-adiliyi sevən ulduzlar istisna olmaqla, heç kim bu dəblə ayaqlaşmaq istəmədi.
 
Bunu nəzərə alan dizaynerlər 2016-cı il üçün hazırladıqları xalta kolyeləri olduqca fərqli detallarla zənginləşdiriblər. Ötən illərdə belə kolyelər, adətən, metaldan hazırlanırdısa, bu il muncuqlar, lentlər, gipürlərdən də istifadə olunub. Bu isə həm küçə kombinlərində, həm də  dəbdəbəli mərasimlərdə xalta kolyeləri seçməyə şərait yaradır.
 
Qeyd edək ki, "Etro”, "Christian Dior”,  "Anna Sui”, "Valentino”, "Chanel”, "Lanvin” kimi məşhur moda evləri yaz-yay mövsümü kolleksiyalarında xalta kolyelərə üstünlük veriblər.

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri