Fransız gözəllərinin ölməz klassikası

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 363
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 3)
Fransız dəbi dedikdə ilk olaraq, beretləri xatırlayırıq, çünki beret fransız dəbinin zinəti sayılır.
soyuq havalar üçün dizaynerlər bir çox baş geyimləri istehsal etsə də, klassik fransız bereti onlar arasında ən gözəlidir. Bu papağı nəinki qışda, hətta yaz və yay aylarında da istifadə etmək olar. Bu papaqlar mövsümdən asılı olmayaraq, istənilən obrazı gözəl göstərməyə qadirdir. Fransız beretini, adətən, qadınlar taxır. Buna baxmayaraq, bu baş geyimi kişilərdə, xüsusilə, rəssamlarda çox effektli görünür.
 
İlk beretlərin yaranması XV əsrə təsadüf edir. Bəziləri bu papağın rəssamlara aid olduğunu düşünsə də, bu aksessuar ilk dəfə fransız casusu üçün yaradılıb. Sonradan onları keşişlər mənimsədilər, o vaxtlar beret dördbucaq formada idi. Bir qədər sonra bu aksessuar həm ordu, həm də Avropanın mülki əhalisi arasında populyar olmağa başladı. O vaxtlar beretlər kiçik ölçüdə olub və əsasən, məxmər və ipək parçadan tikilir, lent, toqqa, sancaq və lələklərlə də bəzədilirdi.
 
Romantizm dövründə beretlər incəsənət adamları arasında populyarlaşmışdı. XX əsrin 1920-ci illərindən başlayaraq fransız modapərəstləri bereti qadın qarderobuna daxil etdilər. Onlar  bereti gündəlik geyimlərlə uyğunlaşdırmaqla obrazı daha şıq göstərirdilər. Hazırda bu aksessuar bir çox ölkələrin hərbi geyimi kimi də istifadə olunur.
 
Beretlərin yaranması XV  əsrə təsadüf etsə də, bu gün onların klassik variantları hələ də  əvvəlki  aktuallığını qoruyub saxlayıb. Beretlərin ən çox qırmızı və qara rəngi məşhurdur. Siz zövqünüzə uyğun olaraq, digər rəngləri seçə bilərsiniz. Beretlər də öz növbəsində müxtəlif materialdan hazırlanmış ola bilər, amma daha çox yun və ya pambıq qarışığından hazırlanır.
Toxunma beretlər də çox yayılıb. Beretin forması ciddi, yığcam, kiçik və həcmli ola bilər.
 
Modapərəstlər bereti çox zaman biryanlı qoyur. Prinsipcə, bu, istəyə bağlıdır. Bereti qarlı və şaxtalı havada biryanlı qoymaq tövsiyə olunmur. Başın ancaq bir tərəfini örtdüyü üçün soyuqlamaq ehtimalı artır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri