Romantikanı sevən gəlinlər üçün çələng dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 460
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 3)
Toy mövsümü yaxınlaşır. Bu da o deməkdir ki, gəlin namizədləri artıq toy hazırlıqlarına başlayıb.  artıq yerə qədər uzanmış duvaqlar, təmtəraqlı taclar dəbdə deyil. Onların yerini bohem üslubunun əsas elementlərindən biri sayılan, romantik gül çələngləri tutub. Canlı güllərdən hazırlanmış çələnglər daha zərif və təbii gəlin obrazı yaradır, həmçinin istənilən gəlinlik paltarı ilə gözəl vəhdət təşkil edir.
 
Xaricdə çiçəklərlə bəzənmiş gəlin tacları çoxdan dəbdədir. Artıq bir neçə ildir ki, çələnglər ölkəmizdə də dəbə minməyə başlayıb.  Bu ənənənin əsasını Monako şahzadəsi Andrea Kaziraqiyə ərə gedən Tatyana  Santo-Donimqo qoyub. O, təmtəraqlı gəlin paltarı və gözqamaşdıran taclardan imtina etmiş, əvəzində çox sadə bir don seçmişdi.  Aksessuar olaraq romantik obrazını tamamlayan gözəl çələng taxmışdı. Uzun müddət bir çox dəb jurnallarının səhifələrindən düşməyən Tatyana  Santo-Donimqonun gəlinlik obrazı indiyədək bir çox qızın ilham mənbəyi olmağa davam edir.
 
Çələnglərin vasitəsi ilə axtarışında olduğunuz unikal və təkrarolunmaz gəlin obrazı yaratmaq çox asan olacaq. Xəyalarınızdakı çələngi tapmaqda çətinlik çəkirsinizsə, onu özünüz hörə bilərsiniz. Onu hazırlamaq üçün sizə sadəcə gül lazım olacaq, həm də ucuz başa gələcək. Güllərin hansı növdə olması artıq sizin öz ixtiyarınıza buraxılır.  Çələng üçün tamamilə fərqli güllər seçmək olar. Əmin olun ki, onların hər biri heyranedici görünəcək. Onu  siz gəlin buketinə uyğun seçə bilərsiniz.
 
Çələnglər ölçüsünə görə müxtəlif: kiçik, orta və böyük ola bilər. Kiçik çələnglər saçda ahəngdar görünür, bununla belə çox da nəzərə çarpmır. Bu aksessuardan istifadə etdikdə saçlar adətən olaraq açıq qoyulur. Lakin istəyə görə, sadə saç düzümləri yığdırmaq olar. Məsələn, hörüklərin fonunda çələnglər mükəmməl və maksimum təbii görünür.
 
Böyük çələnglər üz cizgilərini vurğulamaq istəyənlərə, eləcə də gülləri sevənlərə çox yaraşacaq. Belə variantda gəlin çox tez diqqət çəkir, ona görə də gəlin paltarının və digər akessuarların sadə olması da daha yaxşıdır.

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri