10 illik tarixi boyu Marchesa bütün dünyadakı dəbli gəlinlərin və qırmızı xalının qürurlu ziyarətçilərinin sevgisini qazana bilib. Penelopa Kruz, Rihanna, Emma Uotson, Sandra Bullok və başqa məşhurların sevimlisi olan brend zərgərlik kolleksiyası buraxmaq qərarı verib. Kolleksiya əsasən, gəlinlər üçün nəzərdə tutulub və burada əsas yeri nişan üzükləri tutur. Üzüklərin qiymətli 1400-28000 dollar arasında dəyişir.