2013 çanta trendləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 915
Səs ver:
(səs: 8)

Qış mövsümündə çantaların ümumiyyətlə daha tünd rəngli və sadə olması lazım olduğu kimi bir anlayış olsa da bu onların darıxdırıcı olması lazım olduğu mənasını daşımaz elə deyilmi? 

Kürk çantalar
Kürk çantalar bu mövsüm qısa, uzun tüklü, rəngli və ya naxışlı olaraq bir çox şəkildə qarşımıza çıxır.
Hər mühitə uyğun olduğunu ya da çox rahat olduğunu söyləyəməsək də lüks görünüşüylə yaratdığı təsiri inkar edə bilmərik.
Dəri çantalar
Bu mövsüm dərinin trend olduğu anlaşılır, xüsusilə də qara dəri. Təbii dəri özünü çantalarda da göstərir. Gerçək dəri istifadə etmək məcburiyyətində deyilsiniz, süni dərilər də ən az gerçək dəri qədər qəşəng dayanır.
Çiyin çantaları
Yaz mövsümü boyunca trend olan çiyin çantaları bu mövsümdə də yerini qoruyur və bu dəfə geometrik naxışlarla qarşımıza çıxır.
Parlaq çantalar
Payız, qış mövsümündə çantalar ümumiyyətlə tünd rəngli olsa da, dizaynçılar bu mövsüm üçün kolleksiyalarına bir rəng qatmağa qərar verdilər. Çantalarda qırmızı, sarı, mavi, yaşıl kimi parlaq rənglər gözə dəyir.
Böyük çantalar
Böyük çanta, heç bir şeyi yanından ayırmaq istəməyən ya da proqramı sıx olan bir qadın üçün idealdır!
Çantaların böyük olması sizi yanılda bilməsin; bu mövsüm böyük çantalar heç də kobud deyil, əksinə son dərəcə qəşəngdir!
Clutch çantalar
Clutch çantalar yalnız payız Qış mövsümünün deyil, bütün zamanların dəbi idi! Dada sadə və elegant modelləri gündüz, daşlı, muncuqlu modelləridirsə gecə dəvətlərində mükəmməl bir şıkllıq yarada bilər.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə etdi: N E L L I

 

 

 

 

 


 

 


 

 


 

 



 
 
 
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 7 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri