Dizüstü çəkmələr necə geyinilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 510
Səs ver:
(səs: 5)
2015 qış sezonunun önə çıxan trendləri sırasında dizüstü çəkmələr də yer alır. Dizüstü çəkmələri necə geyincəyinizi və nəylə kombinə edəcəyinizi bilirsizmi? Bilməyənlər Missis.az-ın bu yazısını mütləq oxusun.

Stilinizə xüsusi cazibə və çılğın hava qatan dizüstü çəkmələr alarkən nələrə diqqət etməlisiz?
İlk olaraq rahatlığına diqqət etməlisiz. Dizlərin üzərini örtdüyü üçün hərəkətinizi əngəlləməməsinə diqqət edin.

Dizüstü çəkmələri nə ilə geyinməli?
Dar bir karandaş ətək və dizüstü çəkmə ilə möhtəşəm arıq görünüş əldə edə biləcəksiz. Tam tərsi, daha çılğın bir stil üçün gen ətəklə daha geniş kəsimli çəkmələri seçə bilərsiz.

Dizüstü çəkmələr skinny cins və dar parça şalvarlarla daha şıq görünür. Daha sportiv görünmək üçün dar skinny şalvar, dizüstü çəkmə ilə gen jaket, ya da jiletlər geyinə bilərsiz.

Dizüstü çəkmələrin digər ən yaxşı dostu da "retuz”lardır. Dəri pencək, tayt və dizüstü çəkmə ilə xəyal etdiyiniz stilə qovuşacaqsız.

Üzərinizə geyindiyiniz paltonun uzunluğu da önəmlidir. Çox uzun palto ilə dizüstü çəkmə xoş görünməz. Çox qısa da eynilə. Ona görə zərif bir görünüş üçün kürkləri seçə bilərsiz. Ofis stili üçün klassik paltoları hündür daban dizüstü çəkmələrlə geyinin.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 6 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri