Dizayner Stella Makkartninin kruiz kolleksiyasının nümayişi baş tutub.
Moda və mədəniyyət dünyasından olan bir çox tanınmış şəxslərin iştirak etdiyi gecədə nümayiş olunan kolleksiyada geyimlərdən çox aksessuarlar diqqət çəkib. Loferlər, şəffaf dabanlı sliponlar, maraqlı dizayna malik üzüklər, boyunbağı və qolbaqlar, telefon üçün çexollar, klatçlar, çantalar yaxın aylarda satışa çıxarılacaq.