Boho stilində hörük

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 607
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Hörüklərdən ibarət gözəl saç düzümlərinin yalnız uzun saçlarda edilə biləcəyini düşünürsənsə, bərk yanılırsan.
Biz sənə ulduzlar arasında məşhur olan boho-hörüyünü etməyin üsulunu öyrədəcəyik. Belə saç düzümü yalnız orijinal və dəbli görünmür, həm də uzanmaqda olan kəkili gizlətməyə kömək edir. Boho-hörüyü başın yan tərəfində hörülür. Kəkildəki saçlardan başqa hörüyə əsas hissədən olan saçları da qatmaq lazımdır.
Saçları 3 dəstəyə böl
- kəkildəki tellər
- kəkilin yanında olan saçlar və
- baş təpəsinə yaxın saç dəstəsi.
Kəkildəki saçların tam yığılana qədər hörük hörməyə başla. İndi isə hörüyü sancaqlarla bərkit. Saçlara parıltı vermək üçün xüsusi vasitələrdən istifadə et.
Məsləhət
Şampunu yalnız saç köklərinə çək. Yumadan əvvəl saçların aşağı hissəsinə kondisioner çək, sonra şampundan istifadə et. Həftədə bir dəfə saç maskasından istifadə et.
Günəş kimi
Salonda mütəxəssislərin saçın yuyulması zamanı başın dərisini masaj etdiklərini müşahidə etmisən. Bu, əbəs yerə deyil.
Platin blond yenə dəbdədir. Platin və qızılı dəstələrin uyğunluğu aktualdır. Saçların belə rənglənməsində xoş bonus var: rəngin yuyulub-getməsi o qədər də gözə çarpmır. Sarışınsansa, bu zaman multitonal saç boyasını sına.
Onu saç köklərinə çək, sonra bütün saçlar üzrə bölüşdür və 5 dəqiqədən sonra yuyub təmizlə. Əgər sən qara və ya kürən saçlısansa, onda boyama prosesini yalnız mütəxəssısə etibar etsən daha yaxşı olar.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 8 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri