Qışda gözəl geyinmək üçün 6 fərqli tərz

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 875
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)
izin üçün hazırladığımız 6 fərqli stil təklifi ilə bütün qış boyunca rahat və gözəl bir görünüş yarada bilərsiniz.

Rahat və isti: Rahat və eyni zamanda gözəl bir görünüş əldə etmək üçün düz rəngli köynəyinizi dar bir şalvarla kombinləyin. Bu mövsüm olduqca dəyərli olan qısa botlarla paltarınızı tamamlayın. Hava vəziyyətinə görə üzərinizə dəri pencək ya da palto seçim edə bilərsiniz. Əldə saxlanılan bir çanta istifadə etməyiniz paltarınızın zərifliyini ön plana çıxaracaqdır.

Xanım-xatın: İş günlərində və ya xüsusi bir gündə seçim edə biləcəyiniz bu kombinlə xanım-xatın bir görünüş qazana bilərsiniz. Bədənə oturan gözəl bir paltarınızın altında qalın corablarınızı geynin və babetlərlə paltarınızı tamamlayın. İstəsəniz ayaqqabı olaraq yumru burunlu qısa bir botu seçim edə bilərsiniz. Paltarınızı pudra rəngi bir palto ilə rəngləndirərək, görünüşünüzə sevimlilik qatmış olarsınız. Kiçik əl çantası və zərif bəzəklərlə gözəlliyinizi tamamlayın.

Sadə və gözəl: Əgər sadə amma gözəl görünmək istəyirsinizsə, bu kombi sizə ilham verə bilər. Tünd mavi dar cinsi südlü qəhvə tonlarında bir palto ilə tamamlayın. İçinə bej rəngində yun kofta ya da ipək köynək geyinə bilərsiniz. Sadəliyə bir az hərəkət qatmaq üçün naxışlı bir çanta istifadə edə bilərsiniz. Rahatlığınıza düşkünsünüzsə paltarınızı gözəl bir sport ayaqqabı ilə tamamlayın. Daha qadınsı və cazibədar görünmək üçün isə yüksək dabanlı ayaqqabılara üstünlük verin. Soyuq havalar gözünüzü qorxutmasın, qışda da gözəl geyinmək və baxışları üzərinizə toplamaq mümkündür.

Rahat və gündəlik: Boyfriend cinsinizi, dama-dama parçalı bir köynəklə kombinləyin. Köynəyinizin üzərinə qısa model qara dəri pencək geyinin. Paltarınızı mövsümün trendi olan bəbir naxışlı bir babet ilə tamamlayın. Artıq naxış ilə ahəngi pozmamaq üçün bej tonlarında çalarlarında sadə bir çanta istifadə etməyə diqqət edin.

Həm cazibədar, həm sadə: Yun kofta və ətək cütlüyü bu qış çox dəbdədir! Mövsümün gözdəsi valanlı ətəyinizi qalın hörgü bej rəngi yun kofta ilə kombinləyin. Paltarınızı gözəl bir stiletto ilə tamamlayaraq cazibədar bir mənzərə yaradın. Tünd tonlarda qısa bir palto ilə kombininizə son toxunuşu edin. Saçlarınızı açıq qoyaraq həm gözəlliyinizi həm də rahatlığınızı ortaya qoyun.

Rəngli və sevimli: Rəngli paltarlar soyuq havalarda daha enerjili görünməyinizə köməkçi olur. Açıq mavi cinsinizi rəngli bir yun kofta və ya triko ilə kombinləyin. Rəng olaraq çəhrayı və ya mavini sınaya bilərsiniz. Daha rahat və təbii bir görünüş üçün saçlarınızı təpədən balerina toppuzu edin. Boynunuza salacağınız şal ilə həm gözəl, həm də rahat görünə bilərsiniz. Paltonuzla uyğun tonlarda bir şala üstünlük verməyiniz daha xoş bir görüntü yaradacaqdır. Kombinin harmoniyasını pozmamaq və çox rəngli olmamaq adına çantanızı dəri rəngi çalarlarında üstünlük verin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri