Kloş ətəklər

Müəllif: Sweet Candy
Şərhlər: 13
Baxılıb: 4 932
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Yeni mövsümdə bir çox məşhur markanın kolleksiyasında yer alan kloş ətəklər bir-birindən rəngli və fərqli alternativlərlə mağazalarda yerini almış vəziyyətdədir. Bu sevimli model, çəhrayı, bənövşəyi və mavilərin sıxlıqda olduğu baharı müjdə verən isti rənglərlə qarşımıza çıxır. Hər tərzə və yaşa uyğun olan bu ətəklər xanımların geyinməkdən ən çox zövq aldığı modellərdən biridir.Müxtəlif boy və parça seçimləriylə önə çıxan kloş ətəklər bu aralar vitrinlərin baş rol oyunçusu olaraq yer alır. Öz stilinizə hazırlayacağınız kloş ətəklər ilə tamamilə bambaşqa kombinlər uyğunlaşdıra bilər, bəzən romantik, bəzən xanım-xatun, bəzən də asi bir görünüş yarada bilərsiniz . Sizin üçün hazırladığımız kombi təklifləri bu məsələdə sizə çox köməkçi olacaqdır.Kloş ətəklərinizi köynək və sweatshirt-lərlə kombinləyərək müasir və effektiv bir mənzərəyə imza ata bilərsiniz. Bununla yanaşı, ipək bir köynəklə nəcib bir duruş nümayiş etdirərkən, cins və ya pambıq bir köynəklə daha sport, gündəlik şarmınıza uyğun bir imic yarada bilərsiniz.
Keçmiş zamanların dəbi olan kloş ətəklər müasir cizgilərlə günümüzün trendlərinin ən başında yerini alır.

Kloş ətəklər


Uzun dəri kloş ətəyinizi sweatshirt ilə geyinərək fərqli bir tərz yaradın. Zərif bir dabanlı ayaqqabı ilə kombininizə feminən bir toxunuş qata bilərsiniz. Pilli və naxışlı kloş ətəklərinizin üzərinə üstünlük verəcəyiniz sadə koftalar ilə kombininizdə tək bir star yaradın.
Mini kloş ətəklərinizi şəkilli və ya yazılı t-shirtlər ilə tamamlayaraq həm gözəl, həm də cazibədar bir görüntü əldə edə bilərsiniz. Ətəyinizin altında sport ayaqqabı və ya babet seçim edərək sevimli, dabanlı ayaqqabı, ya da çəkmə geyinərək daha cazibədar bir görünüş qazanın.
Dizdən aşağı, öndən düyməli bir kloş ətəyin üzərinə krem rəngi pambıq parça olan bir köynəyə üstünlük verin. Ətəyinizi qəhvəyi rənglərində bir kəmər və dabanlı sandallarla tamamlayaraq bohem bir hava yaradın. Stilinizə sport və asi bir görünüş qatmaq üçün ətəyinizi dəri pencək və botlarla birlikdə geyə bilərsiniz.
Çiçəkli bir kloş ətəyinizin üstünə, ətəyinizdə yer alan bir rəngdə sadə bir üst seçim edərək mükəmməl bir ahəng tuta bilər, beləliklə kombininizdə tək bir parçanı önə çıxara bilərsiniz.
Fosfor sarı, dizdən aşağı olan bir kloş ətəyi çiçək naxışlı incə bir koftayla kombinləyərək gözəl bir mənzərə qazanın. Ağ uzun kloş ətəyinizi göy koftanızla birlikdə geyinin. Göy rəng stilinizə romantik bir hava qatacaqdır.Həm mövsüm dəbinə ayaq uydurub, həm də diqqətçəkici kombinlər yaratmaq istəyirsinizsə tərzinizə uyğun bir neçə kloş ətək alaraq stilində fərq yaradın.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 4 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri