Ən gözəl lasin kombinləri

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 492
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
asinləri gündəlik stilimizə necə uyğunlaşdıra bilərik, hansı parçalarla kombin edə bilərik deyirsinizsə, sizin üçün bir neçə kombi alternativini bir araya gətirdik.

Zərif və gözəl:
Taytın ən yaxşı tamamlayıcılarından biri şübhəsiz, tuniklərdir. Xüsusilə geniş budlu və yaxud biraz kilolu xanımsınızsa tunik geyinərək nöqsanlarınızı gizlədə bilərsiniz. Beliniz incədirsə tuniyin üzərinə qalın bir kəmər taxaraq cizgilərinizi önə çəkə bilərsiniz. Kəmər və tunik ilə gündəlik tərzinizə zərif bir hava qatacaqsınız. Kombininizi babet və ya dolğu dabanlı ayaqqabı ilə tamamlayaraq rahatlıq və zərifliyi bir arada tutmuş olacaqsınız.

Rahat və barak: Lasininizi t-shirt və sweat ilə geyinə bilərsiniz. İstəsəniz sweatshirt-ünüzü belinizə bağlayaraq son zamanlarda populyar olan belə köynək bağlama tərzinə uya bilərsiniz. Ayağınızda slip-on idman ayaqqabılarına üstünlük verərək rahat və trendy bir görünüş qazanın. Barak və rahat bir stillə də zərifliyi tutmaq mümkündür, yetər ki doğru parçaları bir araya gətirməyi bacara biləsiz.

Boyfriend stil: Lasininizlə daha maskülən bir mənzərə yaratmaq istəyirsinizsə, boyfriend pencəklərdən istifadə edə bilərsiniz. Qara dəri lasininizi uzun bir blazer pencək ilə geyinərək stilinizə maskülən bir hava qatın. Blazer pencəyin içinə barak bir t-shirt seçim etməyiniz pencəyin klassik görünüşünü azaldacaq. Yumşaq dəri qısa bir bot və böyük bir qara çanta ilə kombininizi tamamlayın. Rahatlığı və praktikliyi ilə hamımızın əvəzolunmaz geyimi halına gələn lasinlər, yalnız evdə və ya idman edərkən deyil, gündəlik həyatda da üstünlük verdiyimiz bir parçadır.

Gündəlik və rahat: Lasininizi uzun köynəklə tamamlayaraq səy göstərmədən bir zəriflik əldə edə bilərsiniz. Xüsusilə gündəlik tərzin əvəzolunmazı cins köynəklər ilə xoş bir ahəng tutmağınız mümkündür. Soyuq qış günlərində köynəyinizin üzərinə yun jaket və ya palto geyinərək xoş bir mənzərə əldə edə bilərsiniz.

Feminən və asi:Lasin ilə feminən bir tərz yaratmaq üçün dəri lasinləri seçim edə bilərsiniz. Dəri lasinləri zərif bir kofta ilə geyinərək qadınsı tərzinizi ortaya çıxara bilər, dəri bir pencək və ya biker(yandan bağlanan) palto ilə üsyançı yanınızı vurğulaya bilərsiniz.Son olaraq sivri burun bir stiletto ilə cazibədar bir görünüş yaradın.

İsti və rahat: Soyuq havalarda isti bir kombin ilə rahat və zərifliyi bir araya gətirə bilərsiniz. Bunun üçün lazım olan şey uzun jaket və qalın üstdən geyilmə koftalardır. Kombininizi bot və ya sport ayaqqabıyla tamamlaya bilərsiniz.

Naxışlı seçimlər: Lasin deyəndə ağıla qara, leopard kimi düz rəngli olanlar gələ bilər, ancaq naxışlı olanların da onlardan geri qalan tərəfi yoxdur. Naxışların olduqca dəbdə olduğu bu günlərdə lasinlərdə də dəyişik naxışlar görmək mümkündür. Naxışlı lasinləri düz rəngli t-shirtlər və uzun üstdən geyilmə qalın koftalarla birlikdə kombin edərək nizamlı bir görünüş yarada bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri