Artıq dəb deyil!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 117
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)

 

Dar paltar
Hazırda moda eleqantlığa, sakit siluetə və bir qədər iri ölçülərə doğru irəliləyir. Bədənlə geyim (don, top və ya jaket) arasında müəyyən məsafə olmalıdır. Bilin ki, belə geyimdə qadın daha cazibədar görünür, nəinki bədənə kip oturan və bütün çatışmazlığı büruzə verən geyimdə.
Zuav və əfqan şalvarları
Onlar çox populyar olsa da estetik deyil. Zuav rahat şalvardır, onu evdə, bağ evində və yaxın dostların əhatəsində geyinmək daha yaxşıdır. Şəhərə çıxarkən geyinmək isə məsləhət deyil, həmçinin belə şalvarların digər geyimlə uyğunluğu da bir sıra sual yaradır. Qarderobunuzdan digər Şərq üslublu şalvarları da çıxarın, onlar artıq dəbdə deyil.
Alçaq belli cins
Belə cinslər on il əvvəl dəbə gəlsə də, hazırda hamını bezdirib, hətta vulqar hesab olunur. Ona görə ki, xanımlar onu problemli sahəni gizlətmək üçün uzun top və kombidreslə geyinmir, tam əksinə – beldən aşağı hissəni çılpaq qoyur, tumanın bağlarını və ya yoxluğunu nümayiş etdirirlər. Bu tip cinslərə üstünlük verənlər üçün dizaynerlər yeni model hazırlayıblar. Yeni modeldə belin qabaq hissəsi bir qədər aşağı, arxa hissəsi isə bir qədər hündür olacaq.
Həmrəng
Bu dəb qaydası çoxdandır ki, ləğv olunub. Xüsusilə bu, eyni material, eyni rəng, eyni naxışlı ayaqqabı və çantaya aiddir. Belə komplekti seçən xanımlar birmənalı olaraq aksesuarı uyğunlaşdıra bilməyən kimi qələmə verilir. Yaxşı olar ki, aksesuardan biri geyim və ya bəzək əşyasına uyğunlaşdırılsın, digəri isə neytral və ya əksinə, təzadlı rəngdə olsun.
Mürəkkəb formalı aksesuar
Metamorfoz daban, iri tanketka və dəlisov platformalar – bütün bunlar keçmişdə qaldı. Müasir dövrdə dizaynerlər düşünürlər ki, aksesuarların forması – çanta və ayaqqabı – lakonik və eleqant olmalıdır. Moda rəssamları fantaziyalarını material seçimində işə salır, daha parlaq çalar və maraqlı fakturaya üstünlük verirlər.
Qeyri-təbii qaş
Xarici görünüşlə bağlı hər bir şeydə təbiiliyə üstünlük verilir. Enli qaşları aldırmaq və ya rənglətmək artıq dəbdə deyil. Təbii ki, qaşlar insanın individuallığını göstərir. Qaşları aldırmaq əvəzinə diqqətlə “yetişdirmək” lazımdır. Bu işdə səhvə yol verməmək üçün vizaj üzrə peşəkarlarla məsləhətləşin. Onlar təbii qaşların qulluq olunmuş kimi görünməsi üçün düzgün yol göstərəcəklər.
Rəngli tellər
Daha doğrusu, sarının müxtəlif çalarlarına boyanmış tellər (refle) artıq dəbdə deyil. Əgər yaşınızın üstünə 5-10 il əlavə etmək istəmirsinizsə, belə tellərdən uzaq durun. Saçları bir neçə çalar açıq etmək üçün xüsusi üsullar var ki, bu zaman saç parıltısını qoruyur və rəng də təbii görünür.
Neyl-art və şəffaf dırnaq boyası
Açığını desək, çox uzun dırnaqlar heç zaman dəbdə olmayıb, sadəcə, bəzi xanımlar aqressiv manikürdən imtina edə bilməyiblər. Bəzən dırnaqlara elə naxışlar vurulur ki, adamı dəhşətə gətirir. Şəffaf-çəhrayı dırnaq boyasına gəldikdə isə o, çoxdan dəbdə deyil. Hazırda mat boyalar çox aktualdır.
Süni qaralma
Dramatik solğunluq gözəl görünə bilər – Dita fon Tizi yadınıza salın. Amma qəhvəyi dəriylə açıq-rəngli saçlar çoxdan pis zövqün əlaməti sayılır. Qaralmanı sevən xanımlar dərinin təbii çaları, göz, saç, qaş, kirpik rənginin harmoniyasını unutmamalıdırlar ki, “solyari qurbanı” kimi görünməsinlər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri