Tərz sahibi xanımların qarderobunda 5 vazkeçilməz əşya

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 992
Səs ver:
(səs: 0)
Geyim dükanına alış-veriş üçün daxil olan hər bir qadının qarşısında belə bir sual dayanır, onun ilk almalı olduğu əşya hansıdır? Malların çoxluğundan bəzən xanımların başı hərlənir. Bu situasiya tanış gəlir? Əksər zərif xanımlar seçim qarşısında çətinlik çəkir. Çünki qəlbinin dərinliyində xanımlar anlayır ki, hər şeyi almağa da dəyməz, çünki əşyaları uyğunlaşdıra bilmədən çətin ki, o dəbli və tərzli biri kimi görünsün.

Mütəxəssislər hesab edir ki, məhz bu beş, məğlubedilməz geyim atributu sizin qarderobun vaz keçilməz hissəsi olmalıdır və onları hər zaman, məkandan və fəsildən asılı olmayaraq, müxtəlif məqsədli tədbirlərə də geyinmək mümkündür, istər iş günləri olsun, istər də istirahət. Bu libaslarda istənilən moda həvəskarı həm dəbli, həm də tərzli görünəcək. Bəs söhbət hansı əşyalardan gedir?

ELEQANT QARA LİBAS-DON

Tərz sahibi xanımların qarderobunda 5 vazkeçilməz əşya

Belə bir donla hər yerə getmək mümkündür. İstənilən bir tədbirə belə bir geyimdə təşrif edən xanım göz qamaşdıracaq. Tərzinə uyğun olaraq, xanım öz geyiminə fərqli aksessuarlar əlavə edə bilər ki, bu da ona təkrarsız və digərlərinə bənzəməyən obraz yaratmağa icazə verəcək.

Qara libas: “Qızıl Qlobus”un ən göz qamaşdıran xanımları

QƏLƏM ƏTƏK



Düzgün qələm ətək seçməklə, siz həm ofisdə, həm də asudə vaxtınızda qüsursuz görünə bilərsiniz. Belə bir ətək istər romantik, istər də işgüzar görüşlərin olmazsa olmazıdır. Libaslarını tez-tez dəyişməyi sevməyən, amma hər zaman möhtəşəm görünmək arzusunda olan ledilər üçün qələm ətəklər gözəl bir tapıntıdır.

Qələm - ətək və vodolazka: Jennifer Lopez biznes-ledi obrazını nümayiş etdirir

DƏBLİ CİNSLƏR



Cinslər hər bir xanımın qarderobunun ayrılmaz hissəsi olmalıdır, onları istənilən digər geyimlərlə asanlıqla kombin etmək olur. Belə geyimdə qadın ilin istənilən fəslində tərz sahibi, zövqlü və eleqant görünəcək. Cinslər ilə müxtəlif üst geyimini uyğunlaşdırmaq olar, ən yaxşı seçimlərdən biri isə klassik saya, eyni tonlu köynəklərdir. Bu haqda aşağıda ətraflı danışacağıq.


AĞ KÖYNƏK



Ağ köynək həm ətəklər, həm klassik şalvar, həm də cinslər ilə möhtəşşəm uyum təşkil edir. Belə bir köynək ilə çəkmələri də kombin etmək asan olur. Ağ köynəkləri həm işgüzar stildə, həm də küçə stilində asanlıqla istifadə etmək olar.

QAYIQ ŞƏKİLLİ AYAQQABI



Bəs, belə ayaqqabılar olmadan heç olarmı? İstənilən obraza əla uyğunlaşacaq, dabanlar hündür və alçaq da ola bilər. Bu isə hər bir xanımın zövqündən və seçim meyarından asılı olacaq, kimə necə rahatdırsa.

Belə çıxır ki, əslində dəbli və zövqlü obraz yaratmaq heç də çətin deyil, sadəcə yuxarıda sadalanan geyimləri uyğunlaşdırmaq və aksessuarlar əlavə etmək lazımdır. Məhz onda hər bir xanımın obrazı bənzərsiz və yeganə olacaq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri