Gəlinlik libaslarının sehrli kolleksiyası

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 366
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)

 

 

Xanımların çoxu həmişə düşünür ki,onların gəlinlik libası məhz şahzadələr üçün olmalıdır. Məhz bu səbəbdən həmən şahzadələr üçün gəlinlik paltarını tapmaq üçün  onlar onlarla mağazanı gəzir, günlərini buna sərf edirlər. İndi artıq uzağa getmək lazım deyil! Məşhur cizgi filmlərindən bəhrələnərək şahzadələr üçün gözəl gəlinlik libasları hazırlanmışdır.

 

Dizayner Alfred Anjelo “Disney's Fairy Tales Weddings by Alfred Angelo” adlı unikal gəlinlik libasları kolleksiyasını təqdim edib. O, disney cizgi filmlərinin məşhur personajlarından istifadə edib – Su Parisini (РўhРµ Little Mermaid), Yatmış gözəli (The Sleeping Beauty), Cindirella (Cindirella), Ağbənizi (Snow White), Rapunçeli (Rapunzel), Bell və Tiananı. «Gələcək gəlinlərimiz bizim bu  Disney Fairy Tale Weddings seriyasına çox heyran olacaqlar. Biz əminik ki, Disney nağıllarının sehri ilə gözəl dizaynı birləşdirərək çox möhtəşəm kolleksiya hazırlamışıq», - bu kolleksiyanın dizaynerləri belə deyir.
Gəlinliklərin yaradıcıları izah edirlər ki, onlar gəlinlərin istəkləri istiqamətində hərəkət ediblər. Hər bir xanım öz toy günündə şahzadə olmaq istəyir. Bu səbəbdən şahzadə paltarlarının imitasiyasından yaxşı seçim ola bilməz.
Misal üçün, Cindirella gəlinliyi: çiyinləri açıq, qatqatlı korsetli, qabarıq ətəklə çox gözəl bir libasdır.

CindirellaŞahzadə Jasminin gəlinlik libası eyni adlı “Şahzadə Jasmin”cizgi filmindən götürülmüşdür. Bəyaz ipək, qaş və kristallar, şərq motivləri bir birini tamamlayır və nəticədə möhtəşəm bir gəlinlik ortaya çıxır.

Jasmine
“Beauty and the Beast” nağılının qəhrəmanı Bell-in libasını hazırlarkən dizayner onun rəngini dəyişib. Nəticədə cizgi filmində olduğu kimi sarı deyil, gümüşü naxışlarla ağ rəngdədir.

Beauty and the Beast

Su pərisi Ariel stilində olanda libas uyğun olaraq “su pərisi” formasındadır. Qabarıq ətək, yuxarı hissəsi qaşlarla və muncuqlarla bəzədilmiş.

Ariel su pərisi

Çox incə və romantik Ağbənizin(Белоснежка) libasını bütün gəlinlərimiz bəyənəcək. Əsas fərqləndirici əlamətləri- krujevalı korset, bel nahiyəsində lent və qabarıq ətək.

Ağbənizin(Белоснежка)
“The Sleeping Beauty” cizgi filmindən Yatmış Gözəlin gəlinliyi çox xanımların qəlbini fəth edib.

Yatmış Gözəl

“Şahazadə və qurbağa” cizgi filminin qəhrəmanı şahzadə Tiananın libası da çox uğurlu alınıb. Çiçəklərlə bəzədilmiş luks assimetrik korset çox qeyri adi və zərif görünüşə malikdir.

Şahazadə və qurbağa

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri