Payız-qış mövsümünün şalvar dəbi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 23 933
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)

20-ci əsrin əvvəllərində Coco Shanelin sayəsində qadın şalvarı dəbə mindi. O gündən etibarən öz aktuallığını qoruyub saxlaya və qadın qarderobunun ayrılmaz hissəsinə çevirə bilib. Hər il dizaynerlər şalvarların yeni üslubunu və formasını hazırlayır.  Şalvarların tikilməsində diqqət edilməsi məsələlərdən biri də parçalardır.  Son zamanlar şalvarlar cins və klassik parçalarla yanaşı, əlvan, yun və kətan parçalardan da hazırlanır. 
Bu mövsümdə əsasən aşağıdakı şalvarlar dəbdə olacaq. 
Dar şalvarlar

Qara dar şalvar demək olar ki, hər mövsüm üçün ideal sayılır. Bu şalvarları göy, boz, bej və klassik tərzdə olan köynəklərlə geyinmək lazımdır. 
Yuxarı hissəsi və cibləri enli olan şalvarlar

Dizaynerlər belə şalvarları da qarderobunuza əlavə etməyi məsləhət görür. Bu şalvarlar rahat geyimləri sevənlər üçün yaxşı seçimdir , xüsusilə də bazar günlərində  istifadə edilir.  Açıq rəngdə olan şifon və boş köynəklərə geyinilməlidir. 
Parıltılı meteriallardan hazırlanan şalvarlar

Parıltılı parçalardan hazırlanan və bədəndə dar qalan şalvarları hündürdaban ayaqqabı ilə geyinmək lazımdır.  Bu qadın bədənini daha incə göstərir. Lakin şalvarın uzunluğu boyla eyni olmalıdır. 
Aşağısı enli və ispan tərzində olan şalvarlar
Bu klassik şalvarlar sırası daxildir. Bu tərz şalvarlar ancaq hündürdaban ayaqqabılarla geyinilməlidir. Əks halda bədən quruluşunuz çox kobud görünəcək. 
Müxtəlif naxışlı şalvarlar

Əlvan və heyvan naxışları olan şalvarlar  70-ci illərin dəbinə daxildir. Belə şalvarlar  bu mövsümdə dəbdə olan geyimlər arasındadır. Üstündə olan naxışların rənginə uyğun olan bir jaketlə geyinilməsi məsləhət görülür. Təbii ki, zövqlü görünmək istəyirsinizsə...


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 23 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri