Cins şalvarları nə ilə geyinmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 26384
Bölmə: Moda » Geyimlər
Səs ver:
(səs: 2)

Hazırda qarderobunda ən azı bir cüt cins şalvar olmayan insana rast gəlmək çox çətindir. Bir balaca keçmişə nəzər salsaq görərik ki, o vaxtlar cins şalvarlar xüsusi bir qeyri-adilikləri ilə fərlənməsələr belə onlara təlabat inanılmaz dərəcədə çox idi və insanlara ağılasığmaz qiymətlərlə satılırdı. Halbuki indi hər bir kəs öz zövqünə görə istədiyi formada cins şalvarı asanlıqla tapıb, çox sərfəli qiymətlərə də ala bilir. Milyonlarla insan rahatlığı və komfortu ilə fərqlənən denim şalvarlarına üstünlük verir.  əzən insanlar eyni cins şalvar modelini həm iş yerinə, həm gəzintiyə, həm də gecə klubuna geyinir. Bəzilərinin fikrincə bu monotonluqdur , lakin bu, heç də belə deyil. Belə ki, cins şalvarı üzərimizdəki digər üst geyimləri ilə düzgün uyğunlaşdırdığmız halda hər dəfə qeyri-adi bir görkəmə sahib ola bilərik. 
Bəs cins şalvarı necə seçmək olar? Əvvəlcə cins şalvarın nə məqsədlə geyiniləcəyi dəqiqləşdirilməlidir. Bəlkə siz cinsi işə geyinəcəksiniz, ya da sadəcə ay işığında bir gəzintiyə çıxacaqsınız, yaxud da siz bir gecə klubuna getməyi planlaşdırırsınız və istəyirsiniz oradakıların diqqəti yalnız sizdə olsun. Hər bir halda siz bir cüt cins şalvardan bütün bunların hamısını həyata keçirmək üçün istifadə edə bilərsiniz.
    

Gündəlik geyimdə cins şalvardan necə istifadə etmək lazımdır?
Siz gəzintiyə çıxacaqsınız və sizə rahat bir geyim lazımdır? Komfort, rahatlıq və biz az da şarmlı olmaq istəyirsiniz? Bu cür situasiyalarda adətən ən sevimli cins şalvara və fubolkaya üstünlük verilir. Bu futbolka ağ rəngdən tutmuş, çox parlaq çalarlara kimi hər bir rəngdə ola bilər. Formanın da necə olmasının böyük bir əhəmiyyəti yoxdur. Siz öz əhval-ruhiyyənizə uyğun olaraq hər hansı bir formanı seçə bilərsiniz. Hətta futbolkanın cins şalvarınızla mükəmməl şəkildə əlaqələndirilməsinə belə fikir verməyinizə ehtiyac yoxdur. İnanın ki, istənilən parlaq rəngli, diqqəti cəlb edən futbolka cinslə geyinildikdə, klassik formalı bir geyim təəsüratı yaradır. Bunu sınaqdan keçirməkdən və öz individuallığınızı göstərməkdən heç bir vaxt çəkinməyin.

Bəs işə cins şalvarı nə ilə geyinmək lazımdır?
İşə və ya məktəbə düz cins şalvarların geyinilməsi daha məqsədəuyğundur. Xarici görkəminizə bir balaca da eleqantlıq qatmaq istəyirsinizə, cins şalvarla bel hissəsindən azca daraldılmış uzun jaket geyinin. Bu sizə zəriflik və incəlik qazandıracaq. Bekı geyimdə qadınlar çox cəlbedici və stilli görünürlər. 

   

Sevdiyin insanla görüşə gedərkən cins şalvarla nə geyinə bilərsən ?
Sevgilisi ilə görüşə çıxmaq hər bir qızın həyatında ən xoş məqamlardandır. Əlbəttə ki, bu zaman hər bir qız çox gözəl görünmək, özünə inamlı bir təsir yaratmaq və geyindiyi paltarla özünü narahat hiss etməmək istəyir. Bu zaman hətta ən çox sevdiyiniz donu, yubkanı geyinmək istəmirsinizə, onda cins şalvarla uzun kofta və ya topik sizin üçün ən ideal variant hesab olunur. Bu zaman ən gözəl rəng çalarlarını seçməyə çalışın ki, onlar sizin zərifliyinizi daha da ortaya çıxarsın. Düz, yaxşı bir şəkildə oturmuş cins şalvar və onun üzərinə düşən uzun kofta bədən formanızı ortaya çıxarmağa və sizi daha gözəl göstərməyə kömək edər. Yaxşı olardı ki, uzun koftanın beli büzməli olmasın. Çünki bu, sizin bədən formanızı olduğundan böyük göstərə bilər.

Gecə klubuna cins şalvarı nə ilə geyinmək olar?

Klubda hamı adətən bir-birindən seçilməyə çalışırl. Bu zaman insana individuallığı göstərmək məsələsində geyindiyi paltar kömək edir. Belə olduğu halda siz hər hansı bir cins şalvarı müxtəlif şeylərlə kombinə edə bilərsiniz. Məsələn, hər hansı bir klassik köynək və ya ipək kofta, və ya adi bir futbolka sizin köməyinizə çata bilər. Lakin maraqlı və daha effektli görünüş əldə etməyin ən ideal yolu cins şalvarla trikotaj paltarların geyinilməsidir. Çünki bu, sizin xarici görkəminizə müəyyən cazibədarlıq, fəqlilik qatacaq.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 26384
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
6 dekabr 2013 23:20
4
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Offline
Zeynuş
tsklwer
27 noyabr 2013 20:27
3
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Offline
vipbetul
her kesin cins salvari hokmen var,cox rahatdi esasi ise neyle isdesen kombin ede bilirsen,
19 dekabr 2012 23:54
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ALONE
cins salvarla ag koynek super gedire
19 dekabr 2012 17:49
1
Ele exlaqli ol ki duşmeninde seninle duşmen olduguna utansin!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri