Bu il necə uzunboğaz çəkmələr dəbdədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 17 894
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 4)

Bu sezon üçün dizaynerlər bütün qadınların zövqlərini nəzərə alıblar. Belə ki, bu qış həm dik daban, həm də yastı daban uzunboğaz çəkmələr dəbdə olacaqdır. Dekorativ detalları, kəmər və ipləri bol olan bu ayaqqabılar üçün qırmızı rəngin bütün çalarlarında, yaşıl, mavi rənglərdə ola bilər.

Botfort adlananuzun boğaz çəkmə sezonun trendi olacaq. Uzunluğu dizdən bir qədər yuxarı və budun yarısına kimi ola bilər. Bu çəkmələrdə lak, rəngli dəri və leopard dərisindən də istifadə olunmuşdur.

Rəngli lent və bantlarla bəzədilmiş uzunboğaz çəkmələr əsl yaz əhval ruhiyyəsi yaradacaqdır. Botfort çox cəsarətli çəkmə növü olduğu üçün qısa ətək yerinə onu leqins və ya dar şalvarla geyinmək məsləhətdir. Lakin ətək geyinmək fikrinə düşsəniz onun uzunluğu çəkmənin bitdiyi yerədək olmalıdır.

Şpilka uzunboğaz çəkmələr 2013-cü ildə aktual olacaq. Həmçinin lak və dərinin, atlas və zamşanın kombinasiyası ayaqqabılarda xüsusilə dəbli sayılacaq. Atlasla zamşanın kombinasiyası gündəlik geyinmək üçün praktik olmasa da ziyafət üçün uğurlu seçim olacaqdır. Şpilkada gəzə bilməyən xanımlar məyyus olmasın, çünki enli dabanlar da bu ilin dəbinə aiddir. Sadəcə unutmayın ki, bu cür dabanlı çəkmə seçsəniz o rəngli dekorlu və printli olmalıdır.

İplər və metal detallarla bol olan  çəkmələr bu sezonun dəbli elementləri sayılacaqdır. Jokey üslublu çəkmələr də 2013-cü ilin dəbinə aiddir.


 

 

 

 

 

 


(səs: 4)
Şərhlər: 2
Baxılıb: 17 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri