Gözəlliyi, fərqliliyi və rahatlılığı ilə xanımlara xüsusi cazibə verən çiyni açıq paltarlar bu il də dəbdə olacaq.
Qadinlar.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çiyni açıq görünən belə paltarları həm gecə ziyafətlərində, həm də gündəlik olaraq geymək olar. Gündəlik olaraq geyinilən belə paltarlar muncuqla işlənməsi və parlaqlılığı ilə ətrafınızdakıların diqqətini sizə cəlb edəcək. Gecə ziyafətlərində isə hər cür istəyə uyğun bu cür modellər əldə edə bilərsiniz.
Bəstəboy xanımlar da bu cür geyimləri seçməklə daha hündür
görünüşə sahib ola bilərlər. Nazik ipləri və qolsuz olması ilə diqqət
çəkən çiyni açıq paltarlar son illərin ən dəbdə olan modellərindən biri
hesab edilir. 2013-cü ildə də bu cür modellər xanımların diqqətindən
kənarda qalmayacaq. Beli kəmərli olan çiyni açıq paltarlarla daha
cazibədar görünüşə sahib ola biləcəksiniz.