+++++++++++Dəbin dəyişməz qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 383
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Çox kiçik detallarla siz də hər zaman şarmlı ola bilərsiniz.
Həmişə şarmlı olmağı kim istəməz ki?! Ancaq bunun zəhmətli bir iş olduğunu düşünürsünüzsə, yanılırsınız.

Modelyerlər hər il müxtəlif formalı geyim və aksessuarlar istehsal etsə də, bunu unutmamalısınız: hər bir qadın özünün modelyeridir. Ancaq öz tərzini yaradarkən dəbin heç zaman dəyişməyən qaydalarına diqqət etməkdə fayda var.

Rəng və duruş
Tək rəngdən istifadə edərək özünüzü xilas edə bilərsiniz. Təpədən dırnağa qədər eyni rəngdə geyinsəniz, uzun, bölünməmiş bir illüziya yarada bilərsiniz. Bu isə sizi daha incə göstərə və qüsurların daha az gözə çarpmasını təmin edəcək. Qara, bej, karamel, qəhvəyi kimi rənglərdən istifadə edin.

Bədəninizə uyğun olmalıdır
Vücudunuza çox böyük (uzun, bol köynək, ya da geyimlər kimi), ya da  çox kiçik (qısacıq üzərinizə yapışan köynəklər kimi) gələn geyimlər, sizi olduğunuzdan daha kilolu göstərir. Buna görə də bədən quruluşunuza uyğun geyimlər alın. Beləcə vücudunuzdakı xətaları gizlətmiş olarsınız.

Yapışan deyil, boş
Geyindiyiniz geyimlər ikinci bir dəri kimi sizə yapışmamalıdır. Cins kimi materialdan hazırlanmış geyimlər bədənin müəyyən yerlərini sıxarkən, kətan, ipək və digər az sərt kimi parçalarda artıqlar görünməyə bilər. Çox incə parçalar isə təhlükəlidir. Həm də qarında olan çıxıntıları bəlli edə bilər.

Şalvar alarkən
Geyimlər arasında şalvarlar xüsusi yer tutur. Buna görə də şalvar seçimi vacibdir. Zövqlü şalvar almaq üçün üzərində heç bir naxışsız və detalsız şalvarlar alın. Çünki üzərində müxtəlif element və detallarla bəzədilmiş və beli aşağıda olan şalvarlar sizi daha kök göstərə bilər.

Ətək kilonu az göstərir
Ətək alarkən kilonuza çox diqqət etmək gərəkdir. Ətəklərdə dizlə bərabər uzunluqda olanlara üstünlük verin. Çünki bu cür ətəklər ayaqlarınızın daha yaxşı görünməsinə zəmanət verir. Qısa boylu qadınlar isə uzun ətəklərdən uzaq durmalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri