+++++++++Dəbli qadınlar bunu heç vaxt geyinməz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 505
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
"Onun üzərində durduğu kimi mənim üzərimdə yaxşı görünmür” deyirsinizsə, bu səhvləri etmiş ola bilərsiniz.

Evdən çıxarkən güzgüyə baxdığınız zaman çox zövqlü və şarmlı olduğunuzu düşünə bilərsiniz. Bəs, həqiqətən də belədirmi?

Sadəcə lasina geyinmək
Lasinalar bir neçə mövsümdür ki, çox dəbdədir. Lakin ayaqlarınıza kifayət qədər güvənmirsinizsə, qətiyyən tək lasina geyinməyin. Uzun köynəklər və topuqlu çəkmələrlə daha cəlbedici görünə bilərsiniz.

Getdiyiniz məkana uyğun geyinməmək
Maraqlı bir partiyə boş cins şalvar və küçə festivalına gecə geyimlərində qatılmamalısınız. Bu ən sadə qaydadır. Rahatlığınızı hər şedən çox düşünürsünüzsə, getdiyiniz yerə uyğun rahat və sadə geyimlər almağa diqqət göstərin.

Ağ çəkmə
Dəbin çılğın övladı Gallliano belə, ağ, topuqlu çəkmələrin bir qadını bayağılaşdırmaqdan başqa bir işə yaramadığını düşünür. Siz onun dinləyin və əgər belə bir çəkməniz varsa, ondan xilas olmağın yollarını düşünün.

Kürəyə taxılan  çantalar
Bəli çox rahatdılar... Xüsusən də uzun səyahətlər üçün ideal sayılır. Lakin o hər kəsə yaraşmır. Əgər kilolarınız çoxdursa, kiçik çanta yerinə böyük və bədən ölçülərinizə uyğun çanta alın. Beləcə artıq çəkinizi kamuflə edə bilərsiniz.

Yaşına görə geyinməmək
Əgər yaşınız  30 və və daha çoxdursa, kamuflaj naxışlı geyimlərinizi o dəqiqə qardirobunuzun dərinliklərinə basdırın və yaxud gənc birinə verin. Çünki o geyimlər həqiqətən də gənclər üçündür.

Tək bir aksessuarla zövqlü olmaq
"Zövqü və şamrlı olmaq bir bütündür. Bunu ancaq bir aksessuarla təmin etmək mümkün deyil” bu sözləri Vakkonun yaradıcısı Zac Posen deyir. Əgər çox boş və sadə geyimlər seçmisinizsə, çox trend çanta və ya ayaqqabı geyinərək əsla xilas ola bilmərsiniz. Bəzən çox sadə və küçə stili tərzində görünmək daha yaxşıdır.

Hər şeydə həddini aşmaq
Əgər qışda qarın ərimədiyi bir yerdə yaşayırsanız, uzun və topuqlu ayaqqabılara ehtiyacınız olmaycaq. Xüsusən də şaxtalı yerlərdə. Havanın daima dəyişdiyi bahar aylarında daha məqbul geyimlər geyinərək gülməli görünmək ehtimalını sıfıra endirə biləsiniz.

Tonların və rənglərin uyumsuzluğu
Rəng mövzusunda daha məntiqli ola bilərsiniz amma tonları uyğunlaşdıra bilmək bacarığınız yoxdursa, boş verin getsin! Həm də bütün modelyerlər rəng uyumunun artıq demoda olduğunu deyir. Təbii ki, bütün rənglərdən istifadə etməmək şərtilə.

Kök olduğunuz halda
Dünyanın ən riskli geyimi ağ şalvardır. Onu geyinməzdən əvvəl yaxşı düşünün. Öndən çox yaxşı görünə bilərsiniz, bəs arxadan?

Bədən ölçülərinə görə geyinməmək
Bir dəb qurbanı kimi görünmək istəmirsinizsə, geyim alış-verişi edərkən yaxşı fikirləşin. Geyindiklərinizin sizə yaraşıb-yaraşmadığına xüsusi fikri verin  və bundan sonra alın. Dar geyimlər və dar cinslər dəbdə olsa da, onların ancaq arıq xanımlara yaraşdığını mütləq nəzərə alın. Təbii ki, axranızca zövqsüz deyildiyini eşitmək istəmirsinizsə.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri