++++++++Kiçik Bədən Tipinə Uyğun Geyim Seçimləri!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 505
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 4)
 
Əgər Nicole Richie, Jessica Simpson kimi kiçik bədən tipinə sahibsinizsə, necə geyinməli, nələrə diqqət yetirməlisiniz bir az bəhs edəkmi? Mən də bu kateqoriyada iştirak etdiyim üçün sizə bir az olsun faydam toxunar deyə düşündüm.
Bədəninizlə mütənasib paltarları seçməlisiniz. Şalvarınızın ətəyi və köynəyinizin qolları çox uzun olmamalıdır. Köynək və pencəyinizin çiyinləri çox geniş olmamasına diqqət edin. Əks halda bədəninizin təbii nisbətini poza bilərsiniz.
Bilirəm kiçik bədən tipinə sahibsinizsə, mağazalarda bədəninizə tam oturan paltarları tapmaqda çətinlik çəkə bilərsiniz. Bu səbəblə əgər tikiş məlumatınız varsa bunu istifadə edin ya da bilən birindən kömək istəyin. Bu şəkildə ölçülərinizə ən uyğun paltarlara qovuşa bilərsiniz.
Düz seqment şalvar modellərini seçin. Şalvarınızın ətəkləri nə çox geniş, nə də çox dar olmamalıdır. Geniş ya da dar ətək şalvarlar sizi olduğunuzdan daha qısa göstərər.
Sıra ayaqqabı seçiminə gəldiyində isə ayaqlarınızı qısa göstərəcək bilək bantlı ayaqqabı modellərindən ya da Tangetkadan uzaq durun. İti burun ayaqqabılar sizin üçün yerində bir seçim olacaq. Ayrıca kablok ayaqqabıları da unutmamaq lazımdır. Əgər yoxsa mütləq bir cüt əldə edin.
Qısa boylu olmanız gözəl ayaqlara sahib olmadığınız mənasını verməz, ayaqlarınızı göstərməkdən çəkinməyin. Əgər mini ətək geyməkdən çəkinirsinizsə, ətəklərinizin boyunu dizin üstündə ya da dizdən aşağıda tutmağa diqqət edin. Daha uzun ətəklər sizi olduğunuzdan qısa göstərər.
Beli qısa şalvar və ətəklər ayaqlarınızı qısa göstərər. Bu səbəblə beli uzun paltarları seçməlisiniz.
 


Tərcümə Etdi: SeSSiZ_SuNaMi


(səs: 4)
Şərhlər: 2
Baxılıb: 4 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri