++++++++Moda uğrunda...(Çox maraqlı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 045
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
İnsan məgər moda uğruna nə ağırlıqlar sovuşdurmuşdur! Dünyanın müxtəlif yerində 600 qadın, həyat yoldaşlarını öldürmək üçün makiyaj vəsaitlərini istifadə etdi? Hansı parça, qızıldan daha bahalı idi? Şapka iynələri nə işə yarayırdı?
Kumas Richard Plattın hazırladığı, "İnanılmaz Amma moda qaqqındakı dəli gerçəklər" adlı kitab, bu suallar işığında moda tarixindəki inanılması çətin amma gerçək hadisələrə yer verir.
 Moda tarixinin inanılmaz gerçəkləri
Qızıldan bahalı parça.
Bənövşəyi  ipək, Qədim Romanın ən gözəl parçasıdır. İpək, ta uzaqlardan Asiyada gətirdilirdi və  qızıla ekvivalent idi. Parçanı rəngləməkdə istifadə edilən bənövşəyi rəng isə 20 qat daha bahalı idi. Bu rəng, dəniz ilbizlərindən əldə edilirdi və bir paltarlıq parçanın boyası üçün 10 min ilbiz lazım idi.
Çadır qədər paltarlar içində
15və 16cı əsrdə qadın olmaq həqiqətən çox çətin idi. Çadır böyüklüyündə qabarıq paltarlar geyən qadınların oturması, qalxması, qapıdan keçməsi belə böyük bir problem idi. Victoria dövrü qadınları ətəklərinin arxasını yastıq bənzəri plomb vəsaitləriylə şişirirdilər. Bu qabarıqlıqların bəziləri o qədər geniş və düz olurduki ki, insanlar üzərlərinə çay stəkanları yerləşdirilə biləcəyini söyləyərək zarafat edirdilər.
Qabarıq saç modelləri
Qabarıq saç modelləri qədim Roma sivilizasiyasından başladı.Varlı qadınların, saçlarını yüksəkdə toplanan toppuzlar şəklində daramaları üçün 'ornatrix' adı verilən bu işə baxan xüsusi  insanlar vardı. Qadınlar yüksək təbəqədə olduqlarını  göstərmək üçün toppuzlarının üzərinə qiymətli daşlardan hazırlanan taclar taxardı.
'Arı pətəyi' saç modeli, adını sarmalı ipdən hazırlanan qübbə şəklindəki arı şanlarından alırdılar. Bu modelin əmələ gəlməsini təmin edən saç spreyi 1948ci ildə icad edilmişdir. Lakdan edilən bu sprey, saçı sərt və yapışqan hala gətirir. Üstəlik təmizlənməsi də bəzən çətindir.
Ölümcül karset
Karsetlər, milyonlarla adamın sağlamlığına zərər verdi, hətta zamanla  onu geyinənlərin ölümünə belə gətirib çıxardı. 1859-cu ildə Fransız bir qadın, onun istifadəsindən  3 gün sonra həyatını itirdi. Bədəni araşdırıldığında,  üç qabırğasını qırdığı və qaraciyərini deşdiyi müəyyən olunmuşdu.
Upuzun şapka iynələri nə işə yarayırdı?
Victoria dövrünün qadınları özlərini, təcavüzkar  kişilərdən qorumaq üçün upuzun şapka iynələri istifadə edərdilər.
Hər il Britanyadakı Ascot at yarışlarının qadınlar günündə, qadınlar  qeyri adi  şapkalar taxardı.
Qatil makiyaj
17ci əsrdə, Tofana de Adamo adında bir İtalyan, Aqua Tofana adında bir üz ağlaşdırıcı makiyaj vəsaitini bir çox qadına satdı. Bu qadınlardan tam 600nın ərləri ölüncə Tofana həbs olundu. Çıxardığı makiyaj vəsaitinin öldürücü tərkib təşkil etdiyini etiraf etdi. Müştəriləri bunu, mirasa sahib olmaq üçün ərlərini zəhərləməkdə istifadə etmişdi.
19cu əsrdə bədəni örtmək moda idi
19cu əsrin böyük hissəsində, Qərbdəki qadın modası bədənin bütününü örtəcək, haradasa boyun və ayaq biləklərini də bağlayacaq şəkildə idi. Dərinin açıqda qalması alçaqlıq olaraq görülürdü. Amma bədəni tamamilə bağlayan bu paltarların, bədən xəttlərini sıx sarmalamasına çox əhəmiyyət verilirdi.
 Burnum hara getdi?
İlk estetik cərrahlar üzə qaz yağı, ağ palıd ağacı qabığı və vazelin kimi qəribə maddələrlə dəyişiklik etdi. Lakin bunların ən məşhuru bal mumu idi. Çox təəssüf ki, bu maddənin günəşdə yumşalmaq kimi bir xüsusiyyəti vardı, başqa sözlə xəstələr əməliyyat sonrasında, burunlarının çimərlikdə, günəşin altında əriyib getdiyini fərq etdi.
Dodaq boyasımı, cadugərlikmi?
Britanyadakı bir qrup qanunçular 1770ci ildə dodaq boyasından istifadə etmənyi qadağan edən bir qanun çıxardı. Onlar buna qərar vermişdilər: "Kişiləri, etdikləri makiyajla evlənmək üçün aldadan qadınlar, cadugərlik günahından mühakimə oluna bilər." Misirli işçilər, M. Ö. 1158-ci ildə göz makiyajı vəsaitləri bitdiyi üçün tətil etdi. 16cı əsrdə qadınlar, makiyaj təmizləyicisi olaraq sülfürik turşu istifadə edərmişlər.
Moda qadağanları
Qədim Romada qadınların ipəkli bir şapka, qızıl bir üzük və ya  bir yaxalıq taxdığı üçün pul cəzası aldığını bilirdinizmi? İnanılması həqiqətən çox çətin olan bu cəzanın səbəbi, M. Ö. 218ci ildə tətbiqə qoyulan 'Xərc Qısma Qanunları' idi.  Bu qanunlarla, sıravi insanların, torpağı idarə edən zadəgan qadın və kişilər kimi görünməsi maneə törədilmək istənmişdi. İlk qanunla, qadınlara ağırlığı 14 gr-dan çox olan qızıl aksesuarları qadağan edir. İngiltərədə 1337ci ildə, Kral 3. Edward, cəngavərdən daha aşağı səviyyədə olanların kürk geyməsinə icazə verdi, lakin cəngavərlərin üç qatı zənginliyinə sahib olduqları müddətcə! Floransada, 1332ci ildə qırmızı rəngdə və ipək geyimlər, yalnız evdə geyilə bilirdi. İtaliya Peruigada 1366cı ildə məxmər, ipək qadağan idi. Fransada 1583cü ildə yalnız şahzadələrin paltarları üzərində ləl-cəvahirat və mirvari ola bilərdi, qızıl və gümüş işləmələr qadağan idi. Çində 1680cı illərdə, sarı rəngdə geyimlər imperatorun ailəsi və yoldaşları xaricindəkilər üçün qadağan idi. Meksikada 15ci  əsrdə tətbiq olunan bir qanuna görə, çox gözəl geyinənlər, pul cəzasından çox daha çətin  bir cəzaya məhkum olurdu.

Tərcümə Etdi:
NİGAR_CAVAD

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri