STIL HAQQINDA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 482
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1314855800-656.jpg

GEYİMDƏ İFRATA VARMAMAQ.

*Heç vaxt yeni dizaynerlərdən əcaib görünüşlü çanta almayın. Bu halda alnınıza tatu etdirmiş qədər qorxunc görünəcəksiniz.

*Özünüzü qiymətli əşyalarla bəzəməyin. Təəccüblənməyin, amma qiymətli bər – bəzək çox olduqda ucuz görünür.

*Heç vaxt rəngli dəri şalvar almayın. O, qarın və bud ölçülərini vizual olaraq 2 dəfə böyük göstərir.

*Yaşı 18 – dən yuxarı olan qadınlara sarafan, “yarasa” qollu paltarlar, briclər, plisse və günəş tipli ətəklər məsləhət görülmür. Onlar yaşa uyğun görünmürlər.

*Heç vaxt başdan ayağadək brend geyinməyin. Dizayner geyimini vintajla uyğunlaşdırın.

*Eyni vaxtda hər şeyi təzə geyinməyin. Geyimin də “ruh”u olmalıdır.


*Geyimlərinizi sonacan düymələməyin, bir qədər səliqəsizlik görünüşünüzə ziyan gətirməz: saçlarınızı dağıdın, yuxarı düyməni açın.

YAŞA GÖRƏ GEYİM:

*20 – dən 30 – dək. Ucuz əşyalarınızla, streç materialdan geyimlərinizlə, pirsinqlə, qarnı açıq toplarla vidalaşın. Seçiminizi MİU MİU məhsullarında saxlayın. ARMANİ kostyumları və HERMES yaylıqları da sizin üçün deyil.

*30 –dan 40 – dək. Mini ətəklərlə, plastmass bijuteriya ilə, parıltılı paltarlarla sağollaşın. Uzun pencəkləri və güllü köynəkləri də yaddan çıxarın. ZARA və GUCCİ məhsullarından istifadə edin.

*40 – dan 50 – dək. Zolaqlı və dama – dama parçalar – təəssüf! – sizin yaşınıza uyğun deyil. Eləcə də uzun saçlar və vintaj geyim. Kaşemirdən olan məhsullar əsl sizin üçündür. Dar şalvarlara da “yox” deyin.

*50 – dən sonra. Bahalı bəzək əşyaları taxın, mehriban olun və tez – tez gülümsəyin. Stiliniz artıq bu olmalıdır. 

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 5 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri