Qısa şort

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 875
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)
Rəngli geyinməyi və diqqətləri üzərinə çəkməyi sevən, özünə güvənən gənc xanımlar üçün bu gün çox şahanə bir kombi hazırladım.
Turuncu, sarı... Bu yaz olduqca dəbdə olan rənglər arasında iştirak edir. Enerjisi yüksək olan bu rənglər gün içində sizi daha şən hiss etdirərkən, modanı da yaxından izləmənizi təmin edəcək.

 

 

Şifon parçadan, öndən yalançı cibli, düz seqment qolsuz sarı bluzu, qara şort ilə kombinlədim. Sarı tonlarındakı paltarları seçəcək kəslərə kiçik bir xəbərdarlıq etmək istəyirəm; ağ bədənə sarı tonlarında paltarlar geyinməkdən qaçın, əks təqdirdə sizi yorğun göstərər. Əgər açıq bədənlisinizsə, nar çiçəyi rəngində ya da mavi rəngdə paltarları bu yay seçim edə bilərsiniz. Qara plomb topuq ayaqqabıları, heyvan dərisi ilə ön plana çıxan çiyindən asqılı çanta ilə inteqrasiya etdim. Aksesuar olaraq isə kristal sarı daşlarla bəzənmiş dəniz qabığı şəklindəki sırğaları seçərkən, kombinimə uyğunlaşma təmin etməsi üçün sarı çərçivəli günəş gözlüyünü də unutmadım. İsti yaz günlərində çox aksesuar istifadə etmək istəmirəm, istidən narahat olma ehtimalınızı düşünürəm. Siz bu kombini sıx yığılmış atquyruğu olan saç modeli və sadə edilmiş makiyaj ilə daha da cazibədar bir hala gətirə bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri