Debli geyinmeye ustunluk verirsiniz?Yoxsa zovqle?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 290
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1317393573-656.jpg

Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü  geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır… 

Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Əslində bu belədir, ancaq nəzərə alınacaq çoxlu detallar var ki, onların bəziləri haqqında məlumat vermək istərdim. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü  ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa...

Birinci növbədə  hər bir şəxs öz geyimiylə sahib olduğu əhval-ruhiyyəsini, xarakterini  ən xırda detalacan nümayiş etdirə bilər. Qeyd edim ki, rənglər hər bir insanın konkret hansı  xarakterə sahib olmasını ortaya çıxarır.  Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.

Geyim tərzi çoxdur - klassik, idman və s. Bəzən deyirlər ki, filankəs həmişə eyni geyinir, ona yaraşdığı üçün bu geyim tərzini tərk etmir. Gərək dəyişikliyə meylli, açıq olasan ki, ətraf aləm sənə qarşı yorğun və bezici olmasın. Əgər ilin dəbi göy rəngdirsə, onu özünüzə uyğun olan rəngdə dəbdə olan stillə tikdirə bilərsiniz. Əgər sizə mövcud rəngdəki geyimin klassik forması yaraşmırsa, onu idman və digər tərzlərdə sınayaraq sizə uyğun olub-olmadıgını yoxlaya bilərsiniz.

Moda geniş məna daşıyır. İnsan yaşamağa başladıgı gündən özümüz də bilmədən inkişaf edib, fəaliyyət göstərib. Bunu isə moda tarixini araşdırmaqla öyrənmək olar.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 8 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri