Sizə ən çox hansı cins modelləri yaraşır? - Fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 17 222
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 5)
Cinslər hər zaman dəbdə olan parçalardır. Cinslər çox rahat və əlverişli olduğu üçün gündəlik, ofis stilində ona çox yer veririk. Bədən ölçülərindən asılı olmayaraq (kök xanımların həddindən artıq dar şalvar geyinməsini çıxmaq şərti ilə) cinslər hamıya yaraşır.  7 fərqli cins modelini bir yerə toplayıb. Hansı modelin sizə daha çox yaraşdığını müəyyən etmək üçün yazını nəzərdən keçirin.

Tökülən cins şalvarlar: Tökülən, bol cinslər kişilərə xas olan üslub olsa da, dəb ilahələrinin də sevdiyi modeldir. Seksual görünmək istəyən xanımlar onu dikdaban ayaqqabı ilə birləşdirə bilərlər. Casual stilində görünmək istəyirsinzisə, idman ayaqqabıları ilə birləşdirin. Həddindən artıq arıq xanımlar bu modeldən yan qaçsa, yaxşıdır. Arıq olduqları üçün tökülən model onların şıq və gözəl görünməsinə mane olur. Ancaq tökülən modelin çox bol olmayan variantlarını geyinə bilərlər.
 

 

 

Qara cins: Qara cinslər digərləri ilə müqayisədə daha avantajlıdır. Qara cinsləri özəl gecələrdə də geyinmək şansımız var. Düzgün seçilmiş köynək və ayaqqabı ilə qara cins şalvarı çox şıq hala salmaq olar. Həm də bu şalvarlarla zövqsüz görünmək şansı çox aşağıdır. Hər bir xanımı arıq və incə götərməsindən isə ağızdolusu danışmağa gərək duymuram.

 

 

 

 

 

Enli balaqlar: Enli balaqlı şalvarlar artıq çəkini ustalıqla gizlədir, ayaqları daha uzun göstərir. Enli balaq cinslər çox arıq və kök xanımların da rahatlıqla geyinə biləcəyi modeldir. Bundan ziyadə qarderobdakı klassik geyimlər siyahısına daxil olunur. Uzun görünmək istəyən xanımlar onu dikdaban ayaqqabı ilə tamamlaya bilərlər. Sadəcə ayaqqabının dabanının görünməməsinə diqqət etməlisiniz.

 

 

 

Hündürbel cinslər: Əgər beliniz çox incədirsə, bu tərz cinsləri qarderobunuza mütləq əlavə etməlisiniz. Ayaqları olduğundan uzun göstərən bu model bədən quruluşunu ideal şəkildə vurğulayır. Kök xanımlar isə daha boş modellərini geyinə bilər.

 

 

 

Cırıq cins dəbi: Hər bədənə uyğun cırıq cins tapmaq çətin məsələ deyil. Sadəcə özünüzə yaraşanı tapmaq bir qədər vaxtınızı ala bilər. Əgər ayaqlarınız qalındırsa, sadəcə iki dizin ortasında kiçik cırıqlar olan cinslər alın. Uzun və incə ayaqlarınız varsa, cırıqlar istədiyiniz böyüklükdə ola bilər. Arıq və balaca boy xanımsınızsa, cırıqlar nəzərə çarpmayacaq dərəcədə olmalıdır.

 

 

 

 

Dar və bədənə kip oturan cinslər: Dar cinslər rahatlığı və əlverişli olması ilə seçilir. Köynək uzun və boş olmaq şərti ilə dar cinsləri kök xanımlar da geyinə bilər. Bu cinslərin digər bir üstünlüyü ondan ibarətdir ki, onlar bütün ayaqqabı modeli ilə yola gedir. Bir-birilərini mükəmməl şəkildə vurğulayırlar.

 

 

 

 

Yamaqlı cinslər: Yamaqlı, üstü daş-qaşla bəzədilən cinslər də fərqli modeldir. Lakin ayaqlarınız çox qısadırsa, diqqət çəkən bu cür modellərdən uzaq durmaqda fayda var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 17 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri