İşə nə geyinim? - Fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 011
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Yay istirahətini geridə qoyduq. Ofis bizi çağırır. Bir az qayğısız, bir az da yüngül geyimləri asılqanlara keçirib, qarderobun bir küncünə çəkməyin vaxtıdır. İndi ciddi olmaq zamanıdır. Amma hər detalda qadın olduğunuz vurğulanmalıdır!
Diqqətimi "power suit”dan (nüfuz kostyumundan) yayındırmamaq üçün mövsümün dəb rənglərinə toxunmuram. Bircə onu deyə bilərəm ki, yumşaq pastel rəngləri, göy, qara, tünd yaşıl və göy, bordo, qəhvəyi ofis geyimlərinizə dəblə girə bilər. Əgər çox cəsarətlisinizsə, o zaman qırmızını da unutmayın. Amma başdan-ayağa bu rəngə bürünməyin. Çünki sizin hara gəldiyinizi unutduğunuzu düşünərlər. Ümumiyyətlə, dəb artıq başdan-ayağa eyni rəngə bürünənləri sevmir!
Ofis üçün kostyum seçməyiniz vacib deyil. Klassik ətək, sinəsi qapalı (çox qapalı olmaya da bilər) pencək gözəl seçim ola bilər. Odri Hepbern üslublu qolu, enli və qısa bədəni olan pencək sizi şux göstərəcək. Yeri gəlmişkən, belə pencəyin altından vodolazka da geyinə bilərsiniz. Havalar yavaş-yavaş soyuyarsa, bədəni qısa, qolu uzun drap pencəklər də ofis üçün gözəl seçimdir.
Yox, əgər daha şıltaq bir şeylər seçmək istəyirsinizsə, büzməli, dizədək ətəyi pencəklə və ya jaketlə kombinə edin. Və yaxud kip şalvar seçin və onu klassik pencəklə (smokinqə bənzər) qarışdırın. Belə pencək ya jaket digər geyimin "qabarmasına” imkan verməyəcək. Əvəzində isə sizi daha sirli göstərəcək.
 

 

 

 

 

 

 

 

 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri