Payız-qış dəbinin proqnozu:Nələr trend olacaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 9 038
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Yeni mövsüm kolleksiyanın qadın və kişilər üçün çox cəlbedici olacağı gözlənilir.
Yay mövsümü başa çatır. Fəsil dəyişikliyi təbii ki, insanların zahiri görkəmində də özünü büruzə verir. Söhbət, təbii ki, dəbdən gedir. Ondan başlayaq ki, son zamanlar moda aləmində radikal dəyişikliklər müşahidə edilmir. Bununla belə, payız-qış mövsümü üçün üç əsas istiqamətdə - aktual siluetdə, aktual rənglərdə və aktual parçalarda yeni tendensiyalar da mövcuddur. Bəs 2014-2015 payız-qış mövsümündə nələr diqqət cəlb edəcək, nələr dəbdə olacaq?
Klassik pullu və zərli modellər maraqlı dizaynlarda görülür. Fərqli parçalarla kombinasiya edilən və büzülən yubka modelləri də qış vitrinlərini bəzəyəcək. Bu il gözləniləndən daha rəngli kolleksiyalar çaşdırıcı ola bilər. 2015-ci ilin brend rəngləri tünd qırmızı və açıq-qəhvəyi olacaq, eyni zamanda, tünd-qırmızı və zeytun yaşılı isti geyimlərin rəngi kimi görülə bilər. Həmişə olduğu kimi, qara və dəri parçalar da əskik olmayacaq.
2014-2015 payız-qış mövsümü rəngləri, yun və kürk detalları ilə çox isti keçəcək. Retro küləklərini, həmçinin vintaj ruhunu küçə stillərində kəskin şəkildə hiss edəcəyik. Eyni zamanda, əlvan, parıltılı və metal rənglər qarderobumuzda işıq saçacaq.
Krujevanın, tülün zərifliyi isə ciddi üsluba müharibə elan edəcək. Moda həftələrini və dəb saytlarını yaxından izləyə bilməyən xanımlar üçün "Moda inqilabları” layihəsi çərçivəsində bu həftə payız-qış dəbindən bəhs edəcək. Baxaq görək bu il hansı rənglər və modellərlə yadda qalacaq?

60-cı illər
Qısa donlar, uzun çəkmələr, geniş yaxalıqlar və Meri Jeyn ayaqqabıları bu mövsüm xanımları 60-cı illərə səyahətə aparacaq. "Gucci", "Saint Laurent" və "Louis Vuitton" kimi bir çox markanın kolleksiyasında 60-cı illərin dəbi aydın şəkildə hiss olunur.

Qızılı tonlar
Xanımları qızılı rəng sevgisi getdikcə böyüyür. Gecə və gündüz geyinilə bilən qızılı geyimlər iddialı görünməyi sevən xanımlar üçün hazırlanıb. Bu trendi moda evləri arasında ən yaxşı "Chloe", "Prada", "Saint Laurent" və "Moschino" təmsil edir.

Balonka kurtkalar
Soyuq qış günlərində balonka kurtkalar bizi gözləyir. İçi quş tükündən hazırlanan balonkalar qışı isti keçirtmək üçün ən yaxşı vasitədir.

Zeytun yaşılı
Zeytun yaşılı hər payız öz yerini bir az da möhkəmlədir. Bu mövsüm zeytun yaşılı hər bir qadının qarderobunda olmalıdır.

Krujevalar
Romantikanın bir qolu olan krujevalar 2014-2015 payız-qış mövsümündə yenə dəbdə olacaq. Krujevalar xanımları çox çəkici göstərdiyi üçün qadın qarderobunun göz bəbəyi hesab olunur.

Dərilər
Son illərdə xanımların əvəzolunmaz seçimi olan dəri parçalar yeni mövsümdə də aktual olacaq. Dəri yubkalar, pencəklər, şalvarlar podiumlarda diqqət çəkəcək.

Damalı geyimlər
Keçən ilki kimi bu il də damalı geyimlər xüsusi diqqət çəkir. Lakin bu qış damalı geyimlər nəzərə çarpan dəlisov rənglərdə deyil, daha yumşaq və sakit rəngləri daha aktualdır. Dama-dama naxışlı paltarların həvəskarısınızsa, "Tommy Hilfiger", "Burberry", "Ralph Lauren" markalarının bu ilki kolleksiyalarına mütləq nəzər yetirin

Məxmər parçalar
Qışın əvəzolunmaz parçasından biri də məxmərdir. Dizaynerlərə görə, 2015-ci il üçün ən dəbdə olan parça məxmərdir. Romantik toxunuşlu məxmər parçaları bu il isti rənglərdə görə bilərik. Paltar, şalvar, pencək və yubka kimi geyim parçalarında fərqli seqmentlər, məxmərin cazibəsi ön plana çıxır. Jilet, gödəkcə və boğazlı koftalar, müxtəlif hörgülər 2015-in qış modasının əvəzolunmazları sayılır. Məxmər parçadan tikilən kombinezonlar, donlar vitrinləri bəzəyəcək.

Xizək şıqlığı
Soyuq qış günlərində xizək şıqlığı xanımları bürüyəcək. Qar dənələri, paxlava naxışlar, toxunma, yun köynəklər, şərflər, papaqlar qış tətilində bizə dəblə ayaqlaşmağa kömək edəcək.

Kürk astarlar
Qoyun yunundan tikilən qalın astar kurtkalar bu qışın yüksələn trendləri arasına daxildir. Bu kurtkalarla dondurucu soyuqlarda üşümək mümkün deyil.

Quş tükü
2014-2015-ci ilin payız-qış mövsümündə quş tükləri həm geyimlərdə, həm də aksessuarlarda olduqca çox istifadə olunub.

Təmtəraqlı kürklər
Qışı təmtəraqlı kürklərsiz necə təsəvvür edə bilərik? Əlbəttə ki, heç cürə. Kürklər bütün dəfilələrə damğa vuracaq.
Lakin bu mövsüm süni kürklər də dəbə minəcək. Eyni zamanda, rəngli və blok naxışlı kürklər diqqət çəkmək istəyən xanımların seçimi olacaq.
"Versace", "Alexander McQueen", "Just Cavalli" və "Fendi" kimi moda evləri bir-birindən fərqli modellərə yer veriblər.

Leopard
Vəhşi təbiət şəhərin mərkəzi küçələrinə hücum çəkəcək. Leopard təsvirlər heç zaman dəbdən düşməyənlər siyahısına daxildir. Yeni mövsümdə onu hər detalda görəcəyik.


Rəsmi üslub
Son bir neçə mövsümdür ki, rəsmi üslub tanınmış markaların kolleksiyalarında yer alır. Rəsmi üslubda xanımlar bu mövsüm çox seksual və güclü görünəcəklər. "Donna Karan", "Ralph Lauren" və "Hermes" kimi brendlər başdan ayağa kişi üslubunu xatırladan dəstlər hazırlayıblar.

Əlvan rənglər
Əlvan rənglər bizi tərk etmək istəmir. Onlar payız-qış aylarında da bizimlə yoldaş olacaq. Qışın soyuq havasında qəlbimizi isidəcək, bütün diqqətləri üzərimizə toplayacaq.

Monokrom (ağ-qara)
Monokrom təsvirlər bu mövsüm podiumları fəth edib.

Enli paltolar
Keçən ilin əvəzolunmaz enli (OVERSIZED) palto dəbi bu qış da öz hakimiyyətini davam etdirəcək. Keçən il aldığınız paltoları bu il sevə-sevə geyinə bilərsiniz. "Junya Watanabe", "Kenzo" və "Chloe" kimi brendlər bu mövsüm əla paltolar hazırlayıblar.

Militari - hərbi stil
Hərbi geyimlər 2014-cü ilin qış mövsümündə geri qayıdacaq. Kamuflaj naxışlarla, xaki yaşılı ilə, hərbi gödəkçələrlə, çoxcibli şalvarlarla Kara Delevin kimi dəbli görünüşlər əldə edə bilərsiniz.

Pançolar
Ədyala bənzəyən pançolar, soyuq günlərdə bürünmək üçün ən ideal geyimlərdir. Üzərində etnik və həndəsi naxışlar olan pançolar obrazınıza fərqlilik bəxş edəcək.

Pelerinlər
Bu ilin trendi olan pelerinlərlə nağıl qəhrəmanlarına bənzəyəcəksiniz. Pelerin dəbi "Valentino" və "Dolce&Gabbana" dəfilələrində, eyni zamanda "Etro", "Roberto Cavalli" və "Burbery"-nin kolleksiyalarında da dərin izlər qoyub.

Yumşaq rənglər
Pastel tonları ilə qışın sərt havasını yumşalda bilərsiniz. Qış qarderobunda zərif çəhrayı, açıq mavi və pastel tonları yer alacaq.

Punk və rok stili

Punk və rok stili street style-də kəskin şəkildə hiss olunacaq. Bu tərzdə dəridən gen-bol istifadə olunacaq, əsas rəng isə qara olacaq.

Parıltılı geyimlər
Simli, metal rəngli, pulcuqlu donlar həm gündüz, həm də gecə stilində istifadə olunacaq.

İdman şıqlığı

Yüksələn idman trendi 2014-2014 payız-qış mövsümündə də populyarlığını davam etdirəcək. Street style-ın modaya gətirdiyi yeni üslub - sport-şıq bu qış "kapitone” parçalar, idman ayaqqabıları, nömrəli idman köynəkləri, kollec gödəkçələrində görünür. "Tommy Hilfiger", "Moncler Grenoble" və "Lacoste" kimi markalara göz gəzdirmədən mövsüm alış-verişi etməyin.

Şəffaf geyimlər
Transparan (şəffaf) detallar yeni mövsümdə soyuqdan qorxmayanların favoriti olacaq.

Yerə qədər uzanan paltolar
Enli paltolardan başqa, yerə qədər sürünən, dar və bədənə kip oturan paltolar da çox aktual olacaq.

Vintaj detallar
Bu mövsüm vintaj geyimlər də aktual olacaq. Ana və nənələrimzin qarderobuna əl atıb ipək parçalar, heç olmasa bir broş da olsa borc ala bilərik.

Yun və toxunma geyimlər
Tamamilə yun parçadan ibarət olan dəstlər bu il çox populyar olacaq. Bu qalın geyimlərdə həm soyuqdan qorunacaq, həm də trendlərdən geri qalmayacaqsınız. Bu trend "Marc Jacobs", "Michael Kors", "Tory Burch" və "Stella McCartney" kimi dizaynerlərin sevimlisidir.

Heyvan motivləri
Nağılların sevilən qəhrəmanları bu mövsüm meşələrdən uzaq düşüb geyimlərin üzərini bəzəməklə məşğul olacaqlar.

Retro
1960-cı illərin mini ətəklərini, enlibalaq şalvarlarını, uzunboğaz çəkmələrini, qısa gödəkçələrini, Helmet papaqlarını və retro naxışlarını hər yerdə görməyə hazır olun.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 9 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri