Payız, yaylıq və şal bağlamaq üçün ən gözəl bəhanədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 844
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Havaların tez-tez dəyişdiyi payız mövsümündə ən dəbli aksessuar hansıdır? Papaq? Güldürməyin, qarın yağmasına hələ çox var. Əlcək? Əlbəttə ki, yox! Eynək? Qızmar, günəşli günlər geridə qaldı. İpək şərflərdən, zərif şallardan başqa payızın ən gözəl aksessuarı nə ola bilər ki?! Payız yalnız narın yağan yağış damcılarına baxaraq kədərlənmək üçün deyil, həm də şal bağlamaq üçün ən gözəl bəhanədir!

Yay aylarında yaylıq, ləçək, şal trendi saçları bəzəməklə məşğul idi. Payız mövsümündə isə şallar boynumuza dolanaraq obrazı tamamlayıb stil sahibi olmağa kömək edəcək.
Şallar son illərdə dəbə minmiş kimi görünsələr də, əslində çox qədim zamanlardan bəri istifadə edilir. Həm soyuqdan qorunmaq üçün, həm də geyimlərimizə gözəllik qatmaq üçün istifadə edilən bu aksessuarlar bir dövr dəbdən kənarlaşsa da, təkrar həyatımıza dönür. Şallar və şərflər soyuq aylarda gündəlik həyatda ən çox istifadə etdiyimiz aksessuarlardır. Xanımlar qonaqlığa, ad gününə gedəndə, ya da elə gündəlikdə şallardan geyimin yaxasında bəzək əşyası kimi də düzəldə bilər. Bunun üçün geydiyiniz geyimin rənginə və istifadə edəcəyiniz şalın rənginin uyğunlaşmasına diqqət etmək şərtdir.
Şal bağlamağın çoxlu variantları var. Fantaziyanız nə qədər böyükdürsə, şalları istifadə etməyin qaydaları da bir o qədər çoxdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 8 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri